Şənbə, 09 Sentyabr 2023 16:15

Rayonlara yüksəksürətli internet çəkilir

“Aztelekom” MMC Zaqatala rayonunda 7036 ev təsərrüfatına GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Hazırda 4746 abunəçi müvafiq xidmətlərdən yararlanır. Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha sürətli internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir. Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrinin də yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. 2023-cü ilin 8 ayı ərzində 491 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,3 milyondan çox ev təsərrüfatı üçün genişzolaqlı internetə qoşulma imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir. Cari ilin sonuna kimi göstəricinin 55%-ə çatdırılması nəzərdə tutulur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S