Qeyri-Sabit hava şəraiti Şəkidə çaylarda sel təhlükəsini artırıb. Bu cür çaylardan biri də Şin çayıdır. Yağan şiddətli yağışlar nəticəsində Şin çayında suyun səviyyəsi artıb. Nəticədə çayda daşqınlar meydana gəlib. Daşın sel suları Şəkinin Babaratma kəndində ciddi fəsadlar törədib. Belə ki, kənd ərazisində bir neçə yol lil qatı və sel sularıyla örtülüb. Hazırda sakinlər çox çətinliklə hərəkət edirlər. Əsasən traktor və digər vasitələrdən istifadə olunur. Eyni zamanda 10-a yaxın ev, sakinlərin tütün və əkin sahələri 1 metrə yaxın hündürlüyə çatan lil qatının altında qalıb. Eyni zamanda kənd sakinlərinin ev heyvanlarına da ziyanlıq dəyib. Ev quşları və digər ev heyvanları lil qatının altında qalıb. Sakinlər əksər heyvanları çıxarsalar da, tələf olanlar da var. Kənd sakinləri aidiyyatı qurumların onlara köməklik etmələrini xahiş edirlər.