Super User
Turizm sahəsi - reallıqlar və perspektiv imkanlar | Zamanında 08.05.2023
Övladım belə olsa, mənimçün qurtardı getdi... | Həyat Tərzi 08.05.2023
Mədə əməliyyatı haqqında gerçəklər | Elə çarə 08.05.2023
Xanəndə Cabir Həsənovun qonağıyıq | Xəyalə ilə \"Sizdəyik\" 07.05.2023
Körpü uçmaq təhlükəsi ilə üz-üzə…
Qax yolunun Zaqatala rayonu ərazisində rayonun ən gursulu çaylarından olan Böyükçayın üzərindəki uzunluğu 100 metrə yaxın olan körpünün dayaqlarından bir neçəsinin dibini sel suları yuyub. Hətta dayaqlardan biri az qala havadan asılı vəziyyətdədir. Nəzərə alsaq ki, yaz fəslidir və leysan yağışları tez-tez yağır çay yatağının daha da yuyulması körpünün uçmasına səbəb ola bilər. Digər tərəfdən, körpüdən iritonnajlı avtomobillərin də intensiv hərəkəti təhlükənin daha da böyüməsinə səbəb olur. Üstdən hər şeyin qaydasında olduğu görünsə də tədbir görülməzsə körpünün aqibətinin necə olacağını demək çətindir. Yoldan gündəlik istifadə edən sakinləri də elə bu narahat edir. Ümid edirik, körpünün vəziyyəti aidiyyatı qurum tərəfindən yenidən yoxlanıldığında, torpaq və dəmir konstruksiyaların birləşdiyi hissəyə də bir əncam çəkiləcək. Əks halda, çox kiçik görünən hissə, hələ çox avtomobillərin ehtiyyat hissələrinin sıradan çıxmasına yol açacaq.
“Ümummilli lider Heyder Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”
Şəkidə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heyder Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rəsmiləri, təhsil işçilşəri iştirak ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz xidmətlər və titanik fəaliyyət göstərərək Azərbaycanın quruculuq salnaməsində əbədi iz qoyduğunu vurğulanıb.Ümummilli liderin hakimiyyətə gəlişindən sonra təhsil sahəsində apardığı islahatlar, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində atılan addımlar, Ulu öndərin Azərbaycan dilinə, mədəniyyətinə olan sevgisindən də bəhs olunub.
“Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər\"
Şamaxıda İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər\" adlı elmi-praktik konfrans keçirilib. İştirakçılar öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirib. Sonra Heydər Əliyev ilinə həsr olunmuş film nümayiş olunub. Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. O sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz milli sərvəti, milli tərəqqi yoludur.
Ələfsər Rəhimovun xatirə gecəsi keçirilib…
Şəki Dövlət Dram teatrında Şəki Xalq Tətbiqi Sənəti muzeyi və Regional Musiqi məktəbinin təşkilatçılığı ilə görkəmli zurna ifaçısı Ələfsər Rəhimovun 93 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə incəsənət xadimləri, ziyalılar, rayon rəhbərliyi, YAP fəalları və gənclər iştirak ediblər. Mahir zurna ifaçısı Ələfsər Rəhimovun xatirəsi yad edilib. Sənətkarın müxtəlif illərdə çəkilən fotolarına və ifa etdiyi zurna alətinə baxış olub. Çıxışlarda Şəkinin zəngin mədəniyyətindən, Ələfsər sənətinin sirrlərindən, zurna alətinə 8-ci barmağı əlavə edən ifaçının xatirələrindən danışıblar. Tədbir tsənətkarın xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam edib.
Zaqatalada minik avotmobili yanıb…
Zaqatalada minik avotmobili yanıb. Hadisə səhər saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunun Yuxarı Tala kəndindən keçən hissəsində baş verib. Rayon sakini Nail İbrahimova məxsus “QAZ 3110” markalı minik maşını hərəkətdə olarkən qəfl alışıb. Əraziyə gələn Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovun qarşısını alıblar. Xəsarət alan olmayıb.
Niyə bizi \"tok\" vurur?
Bəzən başqa bir insana və ya obyektə toxunduqda yüngül elektrik şoku yaşamış kimi oluruq. Bəziləri elektrik cərəyanı vurduğunu düşünür. Şəhər sakinləri arasında da bu hissi yaşayanların sayı kifayət qədərdir. Tibb üzrə fəlsəfə doktoru Etibar Kərimov deyir ki, bu əslində normal elektrikləşmə prosesidir. Fiziki qaydalara uyğun olaraq, bir-birinə bənzəməyən cisimlərin səthlərində yüklər yenidən paylanır. Bu zaman cisimlərdə əks işarəli yüklü hissəciklər toplanır. Elektrikləşdirilmiş cisimlər yığılmış yüklü hissəciklərin bir hissəsini digər obyektlərə və ya onlarla təmasda olan ətraf mühitə ötürə bilir. Statik enerji insan bədəninə keçir sonra da belə adamlar əlini nəyəsə vuranda sanki tok keçir. Həkim qeyd edir ki, şəkərli diabet, arterial hipertesia, ürək çatışmazlığı olan xəstələr statik enerjisi çox olan insanlarla görüşdükdə bu onlara pis təsir edir. Həmçinin statik elektrikin bədəndə çox olması əsəbiliyə, yorğunluğa, halsızlığa, iştahsızlığa, əzələ ağrılarına hətta psixoloji pozuntuya kimi gətirib çıxara bilər. Həkim onu da vurğulayır ki, yatarkən mobil telefonu yastığın yanına və ya altına qoyub yatmaqdan uzaq durmaq lazımdır. Çünki mobil telefon insanın sinir sisteminə, o cümlədən yuxu rejiminin pozulmasına təsir edir.