Super User
Şahqovurma resepti | Yeməli 32-ci veriliş
Evdə südlü və qozlu şirninin hazırlanması | Kəndimiz 45-ci veriliş
Atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələndi…
Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin intensiv olduğu küçə və yollarda nəzarət-profilaktik tədbirlər keçirib. 60-dək avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazları normalara uyğunlaşdırıldıqdan sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən 15-ə yaxın avtomobilin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.
Lahıcda dağ uçqunu oldu, yol tamamilə bağlandı…
Bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb. Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sağ tərəfdəki sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə sol tərəfdəki Girdiman çayına tərəf yönəldilib və ərazidən avtomobillərin keçidi təmin olunub. Bununla yanaşı, mütəxəsislər Lahıc və ətrafdakı kənd sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir. Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir.
20 sürücü cərimələndi…
Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reyddə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub…
Heydər Əliyev mərkəzində keçirilən tədbirdə çıxış edənlər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Qəbələ Regional İdarəsi gördüyü işlərdən bəhs ediblər. Qeyd olunub ki, Qəbələ regional idarəsi 14 inzibati rayonda 500 abidəni Dövlət Qeydiyyatına götürüb. 300 dən çox yeni aşkar olunmuş abidələrin mühafizəsini təmin edir. Dövr ərzində regional idarənin abidə muhafizəçiləri tərəfindən abidələrdə geniş monitorinqlər aparılıb və nəticələri barədə regional idarəyə hər ay hesabatlar təqdim olunub. Daha sonra tədbir iştirakçıları Qəbələ Regional İdarəsinin nəzarətində olan abidələrin fotolarından ibarət sərgi ilə tanış olublar. Qonaqlara abidələr barədə ətraflı məlumat verilib.Tədbir İsmayıllı rayon incəsənət ustalarının ifaları ilə başa çatıb.