Çərşənbə axşamı, 31 Oktyabr 2023 13:11

Peşələr festivalının növbəti dayanacağı İsmayıllı oldu

Ökəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı İsmayıllı şəhəri olub. Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən festivalda Agentliyin rəsmiləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib. Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. Bildirilib ki, bu dəfə ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S