Bazar ertəsi, 30 Oktyabr 2023 14:02

Şamaxıda qanvermə aksiyası təşkil olunub...

TƏBİB -nin tabeçiliyində fəaliyyət göstərən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.

Şamaxı sakinləri bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər. Tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və könüllülər iştirak ediblər. Ümumilikdə aksiyada 103 donor iştirak edib. Toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq .

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S