Super User
Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib…
Evin tək oğlan övladı olan, 22 yaşlı Məhəmməd Qarayev universiteti bitidikdən sonra Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Qəhrəmanımızın hərbi xidməti başa vurmasına cəmi 49 gün qalmışdı. Amma Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən ötən gün şəhidlik zirvəsinə ucaldı. Şəhidin nəşi bu gün doğulub boya başa çatdığı Qəbələyə gətirildi, onunla vida mərasimi keçirildi. Mərasim başa çatdıqdan sonra şəhidimizin cənazəsi dəfn olunması üçün evindən yola salındı. Şəhidimizin uğrunda canından keçdiyi üçrəngli Azərbaycan bayrağı atasına təhvil verildi.
İki kəndi üz-üzə qoyan su problemi…
Qobustanın Qurbançı və Ərəbşahverdi kəndlərində ümumilikdə 2 minə yaxın əhali yaşayır. Sakinlərin dediyinə görə, Qurbançıda əsrlərlə yaşı olan bulağın suyundan uzun illərdir istifadə edirlər. Ötən əsrin 70-ci illərində həmin bulağı təmir də ediblər. Bu yaxınlarda kənd bələdiyyəsinin Yaponiya höküməti ilə birgə həyata keçirdiyi layihəyə əsasən, kəndə içməli su çəkilişinə başlanılıb. Elə bütün narazılıqlar da bundan sonra başlayıb. Sakinlər deyir ki, gündəlik təminat qabiliyyəti 25 ton olan bulağın suyundan məişətdə istifadə edirlər. İçmək üçünsə əlavə olaraq maşınlarla su gətizdirirlər.Yekun olaraq kənd sakinlərinin tələbinə gəlincə: onlar deyir ki, həmin bulaq yenə öz yerində qalsın, təsərrüfatda istifadə edilsin, ancaq içməli su başqa mənbədən gətirilsin. Onu da qeyd edək ki, çəkiliş zamanı mövzunun işıqlandırılmasından narahatlıq keçirən bəzi qurumlar müxtəlif yollarla narazı kütləni dağıtmağa və onları tələblərindən yayındırmağa çalışdılar. Kənd bələdiyyəsinin sədri də müsahibədən yayındı. İcra nümayəndəsi isə bildirdi ki, sakinlərin tələbi tam təmin edilə bilməsə də, qismən də olsa, nəzərə alınacaq. Məsələ ilə bağlı nə qərar veriləcəyini isə zaman göstərəcək. Hər halda mövzunu diqqətdə saxlayacağıq.
Yaralı hərbçimizin müalicəsi davam edir…
Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur... Müslüm Mahmudlu Qax rayonunun Əmircan kəndindəndir.Yaralı hərbi qulluqçumuzun ailəsi bildirib ki, hərbçimiz əməliyyat olunub. Hazırda o, reanimasiya şöbəsindədir.
“Şəki kuboku 2023\" turnirinin bağlanışı baş tutub…
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku 2023\" turnirinin bağlanış mərasimi keçirilib. Turnirin əsas mükafatı olan kuboku “Ədliyyə” komandası sahiblənib, qalib komanda medal və diplomlarla da mükafatlandırılıb. Bundan başqa 2-ci, 3-cü və 4-cü yerləri tutan komandalar da medal və diplomlarla mükafatlandırılıb. Eləcə də turnirin ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu nominasiyaları üzrə mükafatlar da öz sahiblərini tapıb. Qeyd edək ki, turnirdə ümumilikdə 18 komanda mübarizə aparıb.
Xalq artisti Mərahim Fərzəlibəyov və müğənni Sevda Kazımova Həyat Tərzində 11.05.2023
Həkim-stomatoloq Nail Hüseynov Həkimcanlıda 11.05.2023
Göz dibi xəstəlikləri və müalicəsi | Həkimcanlı 11.05.2023
Peşə hazırlığı kurslarına maraq artır…
Kurslarda hazırda 17 aktiv peşə kursu mövcuddur. Kurslara cəlb edilən vətəndaşlara təmirçi-çilingər, qənnadçı,şirniyatçı, xalça və xalça məmulatının bərpaçısı, dərzi , xalça məmulatı bərpaçı rəssam və digər peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Kurslar Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil edilir. 17-50 yaş aralığında, minimum orta təhsilli şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq. Qeyd edək ki Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.
Təsadüfən qarşısına çıxan yumurta gəlir mənbəyinə çevrildi…
Şahin Maksudov deyir ki, çöl quşlarına həmişə böyük marağı olub. Məhz bu maraq sayəsində təsadüfən qarşısına çıxan yumurtalardan çıxan cücələri saxalayaraq böyüdüb və qırqovul olduğunu görüb. O, ilk vaxtlar gəlir gətirəcəyini düşünmədən sadəcə bəzək xatirinə saxladığı quşlara təlabat olduğu üçün təsərrüfatı genişləndirməyə qərar verib. Şahin kişinin sözlərinə görə indiyədək bir çox kənd təsərrüfatı sahələri ilə məşğul olsa da qırqovul təsərrüfatı qədər heç biri gəlir gətirməyib. Yerli növ qırqovul olduğundan bu quşlar soyuğa və xəstəliyə davamlıdırlar, ətinin dadından isə danışmağa dəyməz, dillər əzbəridir. Quş həvəskarları qırqovulu bəzək quşu kimi də alaraq saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar. Şahin kişi gələcəkdə təsərrüfatı daha da böyütmək, iri ferma yaratmaq, qırqovullarının sayının 1000 başa çatdırmağı planlaşdırır.
Tənha qadını it parçaladı…
İsmayıllı rayon sakini it hücumuna məruz qalıb. Məlumata görə bu gün rayonun Qubaxəlilli kənd sakini, 67 yaşlı Aidə Yusifovaya yaşadığı evin həyətində naməlum it hücum edib. Sahibsiz küçə iti yerə yıxılan ahıl yaşlı qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək xəsarət yetiriblər. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə aparılıb. Tənha yaşayan qadının xəsarətləri ağır olduğu üçün ona quduzluğa qarşı vaksin vurulub, hazırda xəstəxanada müalicə olunur.