Super User

Super User

Bu gün Dövlət İmtahan Mərkəzi  Bakının Nəsimi, Nərimanov rayonlarında, Naxçıvanda, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz və Şəkidə  9 illik -  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb.  24 864 şagirdin iştirakı gözlənilən imtahanda 9 nəfər fiziki məhdudiyyətli şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi şərait yaradılıb.  İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Əməkdaşlarımız imtahan prosesini Şəkinin 11 saylı tam orta məktəbində izləyiblər. Qanun pozuntusu qeydə alınmayıb. 

Şəkidə “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festivalının zona mərhələsi keçirilib. Festivalda respublikanın bir çox bölgəsindən olan gənclər incəsənət növləri üzrı istedadlarını sınayıblar. Milli instrumentlərdə milli musiqilər, rəqslər ifa edilib. Həmçinin uşaqların əl işlərindən ibarət və Qarabağa həsr edilmiş sərgi də təşkil olunub. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaqdır. Bununla yanaşı, "Şuşa ili"nə hasr olunmuş İntellektual oyun üzrə regional məktəb çempionatı da keçirilib. Çempionatda Şəki rayonu üzrə bütün məktəblər iştirak edib. Komandalara bölünən şagirdlər birincilik uğrunda mübarizə aparıblar. 

 

Bazar, 01 May 2022 07:44

Oba köçüb, yurdu qalıb…

Yolumuz İsmayıllı rayonunun Gənzə kəndinədir. Qoşakənd​ inzibati ərazi vahidində yerləşən bu kənd​ rayon mərkəzindan 25 km məsafədə Girdimançayın​ sahilində, Çilbiki dağının cənubunda yerləşir.Bir ailənin​ yaşadığı bu yerə getmək üçün Qoşakənd istiqamətinə bir neçə km asvalt yolu avtomobillə rahat şəkildə​ qət edərək Gənzə kəndinə üz tuturuq. Dağların arasından, meşənin ortasından, enişli-yoxuşlu yolları keçərək Gənzə kəndinə çatırıq. Gördüyümüz mənzərə sözün əsl mənasında ürək yandırır.. Necə deyərlər, oba köçüb, yurdu qalıb. Kəndin 4 bir yanında 500 ildən çox yaşı olan tut ağacları və o ağacların ətrafında olan​ tərk edilmiş, uçmuş qalmış yaşayış evləri. Bir zamanlar bu gördüyünüz evlərdə 500-dən çox ailə ömür sürüb. İndi isə kənddə üç nəfərlik bir ailə yaşayır. Kənd sakini Vəli​ ​ Abdullayev​ uzun illər əvvəl Laçın rayonundan bu kəndə​ köçgün düşüb. Deyir ki, əvvəllər kənddə qonşuları ilə maraqlı günlər keçirib, indi isə ətrafında qohumun,qonşunun olmaması onlara bir sıra çətinliklər yaradır.​ Heyvandarlıq üçün olduqca əlverişli olan bu torpaqların tək sakini​ Vəli​ ​ kişi isə artıq 20 ildən çoxdur ki, ailəsiylə birlikdə burada tənha ömür sürür. Kənddə məskunlaşan tək Vəli Abdullayevin​ ​ ailəsi​ olsa da, tək canlı onlar deyil. Südü, qatığı, pendiri, əti ilə dolandığı qoyunları və o qoyunlara göz dikən çöl canavarları var. Hə, bir də o qoyunlarını canavarlardan qoruyan çoban itləri. Qəhramanımız deyir ki, dəfələrlə​ vəhşi heyvanların hücumuna məruz qalıblar, köməklərinə isə çoban itləri çatıb. Vəli​ ​ kişinin​ sözlərinə görə, kəndin belə tərk edilməsinin bir çox səbəbləri var. Gözəl mənzərəsi təmiz havası olsa da bu kəndin nə suyu, nə də yolu yoxdur. Kənddə ev telefonu, internet də yoxdur. Şəbəkə tutmadığı üçün heç mobil telefondan da istifadə etmək olmur.  Həkimə ehtiyacları olmayanda isə ​ özlərini dünyanın xoşbəxti hesab edirlər. Vay o günə ki, payız -qış aylarında​ təcili həkimə ehtiyacıları​ yarana, onda da vəziyyətdən tək çıxış yolu dörayaqlı atlar olur. İcra nümayyəndəsi də bu qədim kəndin acınacaqlı​ vəziyyətə düşməsindən narahatdır. Onun sözlərinə görə, Gənzə  Azərbaycanın ən qədim kənlərindən biri hesab olunur. Hətta tarixi atəşpərəstlik dövrünə qədər gedib çıxır. Kəndin şimal-şərq tərəfində meşəlikdə əsrlər öncəsinə aid qədim qəbiristanlıq yerləşir. Bir zamanlar kəndin ərazisində​ təsərüfatla məşğul olanlar üçün​ xüsusi fermalar​ və şərab saxlanılması üçün quyular olub. O ki, qaldı kəndin  bərpa edilərək əvvəlki dövrünə qaytarılmasına. Kəndin yeganə sakinləri bu tənhalıqdan xilas olmaq üçün, Gənzədə​ işıq gələn evlərin sayının artmasını arzulayır... Ancaq belə görünür, Gənzə kəndinin​ dağ boyda dərdinə hələlik bir çarə yoxdur...

Cümə, 29 Aprel 2022 19:34

Qizil baliq bowl | Yemeli 10.03.2022

Kənd sakinləri aidiyyatı quruma dəfələrlə müraciət etdiklərini, ancaq heç bir nəticə əldə edə bilmədiklərini deyirlər. Belə ki, fermerlər hər müraciətdən sonra sahələrinin yalnız bir-iki saatlıq su ilə təmin olunduğunu iddia edirlər. Çarəsiz qalan fermerlə qonşu kəndlərə verilən sudan istifadə etməyə çalışıblar. Bunun üçün hətta dəfələrlə digər kənd sakinləri ilə mübahisələrinin yarandığını bildirirlər. Məsələ ilə bağlı Şəki Suvarma sistemləri idarəsinə müraciət etdik. Qurum rəsmisinin məsələ ilə bağlı açıqlaması isə belə oldu. Onu da qeyd edək ki, Şəki DAİM-dən verilən məlumata görə ötən il rayonda 121 min 243 ton buğda və 77 min 475 ton arpa istehsal olunub. Ancaq bu il yaşanan quraqlı səbəbindən məhsuldarlığın aşağı olacağı ehtimal edilir.

Cümə, 29 Aprel 2022 18:42

“Tullantısız Dünya”

Şamaxı şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində daha bir layihəyə start verilib. Qlobal proqram ölkəmizdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə icra olunur. “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək. “Tullantısız Dünya” proqramı çərçivəsində ekoloji rəy sorğuları keçiriləcək. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında müvafiq addımların atılması üçün aidiyyatı qurumlarla birlikdə effektiv mexanizmlər işlənib hazırlanacaq. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır. Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı, məktəblilər üçün də xüsusi proqramlar təşkil ediləcək, onların bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq. Tədbirdə könüllülərin təqdimatında məktəblilər üçün maarifləndirici "Tıq-tıq xanım" eko tamaşası nümayiş etdirilib və Mədəniyyət carçılarının musiqi nömrələri ifa olunub.

#KanalS #TullantısızDünya #Şamaxı

Qəbələnin Nic qəsəbəsində yeni məktəb tikilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nicdə yeni ümumtəhsil ocağının tikintisinə start verilib. Qəsəbədə 4 nömrəli tam orta məktəb üçün iki mərtəbəli, 360 şagird yerlik yeni binanın tikintisi hazırda davam edir. Müasir standartlara cavab verən yeni məktəbin inşası təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

420 -dən səhifə 467

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S