Super User

Super User

Respublikamızın rayonlarını əhatə edən və artıq 4-cüsü həyata keçirilən Sağlam məhəllə idman zonasının növbəti layihəsi Zaqatala rayonunda baş tutub. İdman zonası Gənclər və İdman Nazirliyinin iştirakı ilə istifadəyə verilib. Burada hər yaş qrupuna uyğun idman avadanlıqları yerləşdirilib. Gənclər və idman Naziri Fərid Qayıbov, Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, avadanlıqları ilə tanış olub. Gimnastlar, futbol və basketbol komandalarının idmançıları uşaqlara master-klass keçib, müxtəlif idman hərəkətləri öyrədiblər. Qeyd edilib ki \"Sağlam məhəllə\" layihəsi əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə həyata keçirliir. #kanals#xəbər

Şənbə, 10 İyun 2023 15:29

Evdarlıqdan sahibkarlığa...

Havalar isinib, meyvələr piştaxtalarda yerini tutunca mürəbbə mövsümü də başlayır. Demək olar hər evdə qadınlar mürəbbə bişirib, qışa hazırlıq görür. Zaqatalada isə bir qrup qadın bir araya gələrək bu işi biznesə çeviriblər. Məqsədləri isə biznesi inkişaf etdirib xarici bazarqa çıxmaqdır. Ancaq bu yolda qarşılarına müəyyən əngəllər çıxıb... Ətraflı sujetdə.

Rəqəmsal məşğulluğun tətbiqi formalaşdırılır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi vətəndaşların xidmət sahəsində rəqəmsal məşğulluğun tətbiqini formalaşdırır və inkişaf etdirir. Elə bu məqsədlə də keçən il əmək və məşğulluq alt sistemi istifadəyə verilib. Sistemin yaradılmasında məqsəd ilk növbədə vətəndaş məmur münasibətini minimuma endirməkdir. Belə ki, agentliyə müraciət edən şəxslər artıq tək şəxsiyyət vəsiqəsi ilə bütün işlərini görə bilirlər. Eyni zamanda portalda qeydiyyatdan keçərək bütün vakansiyalardan məlumatlı olurlar. Hazırda qurumda rəqəmsallaşmanın inkişafı istiqamətində işlər davam etdirilir.

Şəki-Qax magistralının Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yük maşını yolda idarəetməni itirərək işıq dirəyinə çırpılıb və aşıb. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da, yük maşınında olan qeyri-ərzaq məhsulları yola dağılıb. Eyni zamanda maşına çox ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Cümə, 09 İyun 2023 14:12

Eşitməyən qalmasın 09.06.2023

Cümə axşamı, 08 İyun 2023 17:23

Qanvermə aksiyası keçirilib…

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ə Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirib. 14 iyun Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən aksiyada rayonun bir çox təşkilatları fəallıq nümayiş etdirib, kifayət qədər sağlam donordan qan götürülüb. Aksiyada rayon polis şöbəsinin kollektivi də iştirak edib. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə eyni məkanda yekunlaşıb. İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub. Qalibə fəxri kürsüdə mükafatını Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib. İlk iki turdan sonra ümumi sıralamaya başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb. Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km yol qət ediləcək.

 

416 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S