Super User

Super User

Balakəndə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülərə qarşı reyd keçiriblər. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıran, konstruksiya dəyişikliyinə yol verən avtonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb. Yerində aradan qaldırılması mümkün olmadığından avtomobillər müvəqqəti duracağa yerləşdirilib və sürücülər barəsində inzibati protokollar tərtib edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans keçirilib. Tədbirdə DQİDK və Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, dini konfessiya, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.Çıxışlar zamanı Azərbaycanın müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən ölkə olduğu vurğulanıb. Konfrans çərçivəsində din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verilib. Ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə toxunulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda formalaşan tolerantlıq və birgəyaşayış mühitinin ölkəmizi dünyada multikulturalizm mərkəzinə çevirdiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycanda radikal cərəyan mənsublarına qarşı mübarizədə bir sıra vasitələrdən istifadə edilir, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr verir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynayır.

Çərşənbə axşamı, 13 İyun 2023 15:59

“Milli dövlətçiliyimizin xilaskarı”

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Rayon administrasiyası, ictimaiyyət nümayəndələrinin iştirak etditi tədbirdə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar. Vurğulanıb ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində düşdüyü iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Sonra Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatına yeni üzv olan bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.

Çərşənbə axşamı, 13 İyun 2023 15:24

Ən ziyanlı Çipslər! | Elə Çarə 13.06.2023

Çərşənbə axşamı, 13 İyun 2023 11:28

Kotor yüksəkliklərin izində | Bəlkə 11.06.2023

Bazar ertəsi, 12 İyun 2023 15:56

Fermerlər maarifləndirilib

Şəki DAİM-də Şəki DYPB-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisələrin qarşısının alınması məqsədilə proflaktik tədbir keçirilib. Tədbirdə mərkəzin rəhbərliyi və mütəxxəsislər, fermerlər, eləcə də mexanizatorlar iştirak ediblər. Kənd təsərrüfatı işlərinin aparılması zamanı kombaynların, traktorların, ot biçən maşınların yol hərəkəti qaydalarına necə əməl etməli oğlduqları barədə ətraflı məlumat verilib.

Eyni zamanda gecə vaxtı əkin üçün istifadə edilən texnikaların bəzi hallarda yol-nəqliyyat hadisələrin baş verməsinə səbəb olduğu bildirilib. Bir neçə gündən sonra sahələrdə taxıl biçini və ot biçininin start götürəcəyi nəzərə alınaraq qeyd olunan təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi qeyd olunub. 

415 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S