Şəkidə “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festivalının zona mərhələsi keçirilib. Festivalda respublikanın bir çox bölgəsindən olan gənclər incəsənət növləri üzrı istedadlarını sınayıblar. Milli instrumentlərdə milli musiqilər, rəqslər ifa edilib. Həmçinin uşaqların əl işlərindən ibarət və Qarabağa həsr edilmiş sərgi də təşkil olunub. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini uşaq və gənclərin yaddaşına həkk etdirmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaqdır. Bununla yanaşı, "Şuşa ili"nə hasr olunmuş İntellektual oyun üzrə regional məktəb çempionatı da keçirilib. Çempionatda Şəki rayonu üzrə bütün məktəblər iştirak edib. Komandalara bölünən şagirdlər birincilik uğrunda mübarizə aparıblar.