Şamaxı şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində daha bir layihəyə start verilib. Qlobal proqram ölkəmizdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə icra olunur. “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək. “Tullantısız Dünya” proqramı çərçivəsində ekoloji rəy sorğuları keçiriləcək. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında müvafiq addımların atılması üçün aidiyyatı qurumlarla birlikdə effektiv mexanizmlər işlənib hazırlanacaq. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır. Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı, məktəblilər üçün də xüsusi proqramlar təşkil ediləcək, onların bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq. Tədbirdə könüllülərin təqdimatında məktəblilər üçün maarifləndirici "Tıq-tıq xanım" eko tamaşası nümayiş etdirilib və Mədəniyyət carçılarının musiqi nömrələri ifa olunub.
#KanalS #TullantısızDünya #Şamaxı