Super User

Super User

Çərşənbə axşamı, 03 May 2022 18:34

Sahibsiz itlər sakinlərə qənim kəsilib...

Çərşənbə axşamı, 03 May 2022 12:33

Əriştəli krevetka | Yeməli 03.05.2022

Şəkidə gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib
 
Hadisə Şəki-Qax avtomobil yolunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.
 
Şəki sakini, 37 yaşlı Ruslan Zeynalova məxsus BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Nəticədə Ruslan Məmmədov və sərnişini 39 yaşlı Ramil Teymurov avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Onları xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza Xilasedici dəstəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər çıxarılaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan verilən məlumata görə, yaralıların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Çərşənbə axşamı, 03 May 2022 09:50

Hacı Dayının Nəvələri 32-ci Bölüm

Çərşənbə axşamı, 03 May 2022 09:44

Toyuq şorbası resepti | Kəndimiz 57-ci veriliş

”Maşınlar tarlaya, kətmən muzeyə, Bu söz dilimizdə bir şüar olsun”. Misralarının müəllifi, Azərbaycanın ilk qadın müxanizatoru Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sevil sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur. Bir gün qəzetdə özbək Tursunoy Axunovanın maşında təkbaşına yüz adamın yığdığı qədər pambıq yığdığını öyrənən Sevil, sürücü mexanik olmağa qərar verir. Kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir. Beyləqanda kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir. 1962-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada həmin il hər hektardan 30 sentner pambıq götürdüyü üçün onu Qırmızı Bayraq ordeni ilə təltif edirlər.1963-cü il sentyabrında gecə tarlada işləyərkən uzun hörükləri kombayn mili tamburuna dolanaraq faciəvi şəkildə dünyasını dəyişən Sevil Qazıyeva Zaqatalada dəfn olunub. 23 illik ömür sürməsinə rəğmən, Sevil Qazıyeva bir tarix yazdı. Təəssüf ki, çox sevdiyi, doğulub boya-başa çatdığı Zaqatalada onun xatirəsinə aid bir guşə belə yoxdur. Yetişməkdə olan gənc nəsli əməyə,torpağa həvəsləndirmək baxımından Sevil Qazıyeva , Mina Nəzirova və onlarca başqa əmək qəhrəmanı olan Zaqatalada da belə bir muzeyin yaradılması labüddür.

418 -dən səhifə 468

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S