Çərşənbə axşamı, 12 Dekabr 2023 15:17

Zaqatalada çaqqal məktəblilərə hücum edib...

Zaqatalanın Muxax kəndində vəhşi heyvanların insanlara və mal-qaraya hücum çəkməsi, xəsarət yetirməsi vaxtaşırı yaşanır. Səhər saatlarında 2 nömrəli məktəbə gələnlər də belə bir gözlənilməz hadisə ilə qarşılaşıb. Çaqqal məktəblilərə hücum edib. Zaqatalanın Muxax kəndində 2 nömrəli məktəbə dərsə gedən şagird və valideynlər çaqqal hücumuna məruz qalıb. Orta məktəbin 11 yaşlı iki şagirdi dərsə gedən zaman yolda çaqqal onlara anidən hücum edib. Ardınca daha üç nəfər kənd sakini - 30 yaşlı Dilrubə Tahirova, 35 yaşlı Fatimə Rəcəbova və 37 yaşlı Leyla Ömərovaya xəsarət yetirib. Sakinlər son anda quduzluq ehtimalı olan çaqqalı öldürə biliblər. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Muxax kəndində çaqqal hücumu ilə əlaqədar müraciət edən beş nəfər - iki məktəbli və üç valideynə ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, 10 minə yaxın əhalisi olan Muxax kəndində sakinlər vəhşi heyvan hücumları ilə tez -tez rastlaşdıqlarını deyirlər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S