Super User
Talalıların su problemi həllini tapacaq?
Zaqatalanın iki ən böyük kəndinin - Yuxarı və Aşağı Talanın sakinləri neçə illərdir ki, içməli su problemindən əziyyət çəkir. Hər il bir neçə dəfə sel suları kəndlərin artıq öz istismar müddətini başa vurmuş su xəttlərini yuyur. Əlacsız qalan sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olurlar. Əvvəllər bir tonu 5 manata təklif edilən su isə indi 6,7 manatadır. Bu da sakinlərin ailə büdcəsinə xeyli ziyan vurur. Kəndlərə gələn su xəttləri ötən əsrin 60-70-ci illərində istifadəyə verildiyindən artıq öz istismar müddətini başa vurub. İllər ərzində əhali sayı da artdığı üçün mövcud su xətləri onsuz da sakinlərin ehtiyacını ödəmirdi. Ötən ilin sentyabr ayında baş verən sel nəticəsində filtirizasiya sistemləri tamamilə sıradan çıxdığından su gəlsə belə bulanıq şəkildə verilir. Kəndlərin su problemini kökündən həll etmək üçün su sistemlərinin də kökündən dəyişilməsinə ehtiyac var. Buna isə hal-hazırda bələdiyyələrin vəsaiti çatmır. Rayonun ən səfalı yerində yaşayıb içməli suya belə həsrət qalan Talalıların bu probleminin həlli istiqamətində Rayon İcra Hakimiyyəti, bələdiyyələr, eləcə də yerli sakinlər tərəfindən aidiyyati qurumlara müraciət edilib. Ümid qalıb həmin qurumlardan gələcək müsbət cavaba. Bu iki kəndin su sistemləri də yenidən qurularaq, Su Kanal idarəsinin balansına keçərsə sakinlərin su dərdinə birdəfəlik son qoyula bilər.
Dağda 43 yaşlı kişinin meyiti tapılıb…
Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Xalxal kəndində baş verib. Məlumata görə, 43 yaşlı Dağlar Həmidov dağa odun gətirmək üçün gedibmiş. Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit dağlıq ərazidən düşürülərək aidiyyəti üzrə təhvil verilib. Dağlar Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
Xanəndə Mirələm Mirələmov ilə Lerikdə | Kim var, Kim yox?
Mətbuatın korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə rolu | Zamanında 09.05.2022
Uzman pediatr, neonatoloq Aysel Məcidova "Həkimcanlı"da 09.05.2022
Suşi sevərlər, əminliklə hazırlaya bilərsiniz | Yeməli 09.05.2022
Bostana qulluq | Kəndimiz 61-ci veriliş
Autizm diaqnozu qoyulan uşaqların valideynlərinin nəzərinə! | Doktor Mən 08.05.2022
Azərbaycanda yeganə oymaçı qadın | Sənətdəsən
İpəkqurdunun paylanması prosesi başa çatır...
Çin xalq respublikasından gətirilmiş ipəkqurdu toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Artıq toxumlardan alınan qurdlar müəyyən olunmuş qaydada kümçülərə paylanır. İlk öncə 6500 qutu ipəkqurdu toxumları respublikanın aran bölgəsində paylanılıb. Hal-hazırda isə 3500 qutu ipəkqurdu şimal bölgəsi üzrə paylanılır. Qəbələ sakinləri də ipəkqurdu almaq ücün məntəqəyə üz tutub və onlar bu il də yüksək məhsul almağı planlaşdırırlar. Həmçinin bu ildən başlayaraq Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının hazırlanmasına başlanılıb. İlk olaraq 1130 qutu ipəkqurdu toxumu hazırlanıb ki, bu da Qax və Zaqatala kümdarlarına paylanılıb. Qeyd edək ki, bu il respublikada yaş baramanın qiyməti 9 manatdan 11 manata qaldırılıb.