Super User

Super User

Bazar, 16 Aprel 2023 08:59

Beşotaqlı ev külə döndü…

Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi brayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə Arzumanova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qəbələdə ağır tonnajlı yanacaq daşıyan maşın körpüdən aşıb. Hadisə rayonun Vəndam qəsəbəsində baş verib. Qəza nəticəsində Şahbuz sakini 63 yaşlı sürücü hadisə yerində ölüb. Onun qəfil ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Hadisə yerində cəlb edilən FHN-nin xüsusi xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Qəza yerində iki sərnişin avtomobilinə də ciddi ziyan dəyib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

Şamaxının Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmayıb. Bu səbəbdən torpaq yatağı deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.  Kənd sakinlərinin sözlərinə görə, yayda toz-dumandan, qışda isə palçıq əlindən yolda hərəkət etmək mümkün olmur. Yolun yararsız vəziyyətdə olması səbəbindən taksi sürücüləri də bu kəndlərə gəlməkdən ya imtina edir, ya da ki, baha qiymətə gəlirdilər. Sürucülərin sözlərinə görə Məlcək-Mirikənd-Qaravəlli kəndləri rayon mərkəzinə yaxın olsa da, onlar qısa məsafəni uzun müddətə qət edirlər. Bütün bu çətinliklər artıq geridə qalır.   Avtomobil Yolları Dövlət Agentliyi  Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunu yenidən qurur.  Hazırda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihə çərçivəsində yolboyu  torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun qurulması ilə 3 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmalarına şərait yaradacaq. Qeyd edək ki “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Cümə axşamı, 13 Aprel 2023 19:43

2 mindən çox sakin suya həsrət qalıb…

2 min əhalisi olan Bucaq kəndinə bir neçə il öncə su xətləri çəkilib və bir müddət kənd içməli suyla təmin edilib. Ancaq sakinlərin sevinci uzun çəkməyib. Suyu görüb aydınlığa çıxdıqlarını düşünən sakinlər, qısa zaman sonra yenidən quraqlığa qərq olublar. Qarşıdan gələn isti yay ayları sakinləri daha da çox narahat edir. Məsələ ilə bağlı \"Azərsu\" ASC-dən isə bildirildi ki,  problemin həlli istiqamətində yaxın zamanlarda işlərə başlanılacaq. Odur ki, Bucaq kənd sakinləri bir müddət daha suyu gəlməyən su xətlərinə baxmalı və onlara verilən vədlərin yerinə yetirilməsini gözləməli olacaqlar. 

Cümə axşamı, 13 Aprel 2023 13:11

Eşitməyən qalmasın 13.04.2023

413 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S