Şəki Uşaq Gənclər İdman-Şahmat məktəbinin yetirmələri növbəti uğura imza atıblar. Bakıda şahmat üzrə müxtəlif yaş qrupları arasında keçirilən Respublika birinciliyində iki şəkili şahmatçı 6 yaşlı Ayla Mustafayeva və 16 yaşlı İslam Hacəliyev respublika çempionu olub. Xatırladaq ki, Ayla Mustafayeva keçən il Albaniyanın Durres şəhərində Avropa çempionatında da uğurla çıxış edib. İslam Hacəliyev isə 2022-ci ildə Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında beynəlxalq reytinqinə 155 xal əlavə edə bilib. Bu yarışda o, 7 oyunda 7 xal toplayaraq rekorda da imza atıb. Onu da qeyd edək ki, respublika turnirində fəxri kürsünü tutmaqla hər iki şahmatçı dünya çepionatına vəsiqə qazanıb. Şəki UGİŞM-in baş məşqçisi yetirmələrinin daha da böyük nailiyyətlər əldə edəcəyinə əmindir.