Super User
Şəhid ailələrinə iftar verilib…
Şəkidə müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəki 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə şəhid ailələri üçün iftar verilib. İftarda icra hakimiyyətinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak ediblər. Çıxış edənlər bildirib ki, bir neçə il əvvələ qədər hər Ramazan ayında torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edilib, məclislərdə tezliklə bayramı azad Şuşada, Laçında, Kəlbəcərdə keçirmək arzulanırdısa, artıq üç ildir ki, Azərbaycan xalqı Ramazan bayramını qalib xalq olaraq qeyd edir. Vurğulanıb ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.
Aytac Vidadiqızı: Heç bilmirəm bədən şəkilləndirmə əməliyyatını niyə etdim | Həyat Tərzi 20.04.2023
Zakir Əliyev və Ofelya Şabanova \"Xeyirli axşamlar\"da 20.04.2023
Limonadların təhlükəli tərkibi | Elə çarə 20.04.2023
Maraqlı açıqlamaları ilə Maarif Mustafaoğlu evinin qapılarını Xəyalə ilə \\\"Sizdəyik\\\"ə açdı
Eşitməyən qalmasın 20.04.2023
Nisuaz salatı, Toyuqlu julyen, Fransızsayağı can əti resepti | Ustad 19.04.2023
Təbii süd adı ilə satılan təhlükə! | Elə çarə 19.04.2023
Uşaq İncəsənət Festivalına start verilib…
Şəki rayonunda da festivalın birinci mərhələsi üzrə tədbirlərə start verilib. Seçim turunun ilk günündə Şəkidən 53 uşaq piano ifaçılığı üzrə öz qabiliyyətini nümayiş etdirib. Növbəti günlərdə həmçinin piano ifaçılığı, simli alətlər, nəfəs alətləri və çalğı alətləri üzrə də seçim turu baş tutacaq. Üç mərhələdən ibarət olan festivalın birinci mərhələsində qalib olanlar iyun-avqust aylarında zonalar üzrə keçiriləcək ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. İkinci mərhələdə fərqlənən iştirakçılar isə finala vəsiqəni təmin edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulub.