Çərşənbə axşamı, 19 Dekabr 2023 14:54

Torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 fakt aşkar edilib...

Şamaxıda torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı maarifləndirici zona müşavirəsi keçirilib. Əvvəlcə Əmlak Məsələləri Dövlət Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Şamaxı, Ağsu və Qobustan rayonlarının bələdiyyələri tərəfindən qaldırılmış məsələləri yerində araşdıraraq onların həlli istiqamətində təklif və tövsiyələrini verib, qanunvericiliyin tələblərini diqqətə çatdırıblar. Çıxış edənlər bildirib ki, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə 332073 ha torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Aparılan kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, 75 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Qeyd edilib ki, aparılan monitorinqlərin, təhlili göstərir ki, bir sıra hallarda torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla əkin dövriyyəsindən çıxarılır. Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 11 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 106 inzibati protokol tərtib olunub. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsinin, bu sahədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S