Super User
Rəvan Qarayev Renkaya evlənmə təklifi etdi | Həyat Tərzi 17.04.2023
Səmayə Nəbiyeva və Arif Nəbiyev \"Xeyirli axşamlar\"da 17.04.2023
Düzgün qidalanma və süfrə mədəniyyəti | Zamanında 17.04.2024
Ramazanda və Ramazandan sonra düzgün qidalanma…
Oruc tutmaq üçün ən vacib şərtlərdən biri də, insanın sağlam olmasıdır. Oruc tutduğumuz zaman daxili orqanlar istirahət etdiyindən, sağlam insan üçün bu həm də tibbi baxımdan olduqca faydalıdır. Lakin, hamilə qadınların, uşaq əmizdirən anaların, azyaşlıların və ankoloji, diabetik, hipertonik, mədə bağırsaq xəstələrinin gün ərzində ac və susuz qalaraq oruc tutması əks göstəriş sayılır. Oruc tutulan zaman iftar və imsaq zamanı qida rassionuna xüsusi diqqət edilməlidir. Ağır və çoxlu qida qəbul etmək gün ərzində boş olan orqanları həddindən artıq yüklədiyindən, çox zərərlidir. Bol maye, yüngül və sulu qidalar, meyvə və tərəvəzlər ən ideal qidalar sayılır. Humanizm və bərabərlik dini sayılan İslamda oruc tutmaq təkcə ac qalmaqdan ibarət deyil. Oruc tutan hər bir insan həmdə nəfsini və səbrini tərbiyələndirir. Paylaşmaq, yardımlaşmaq ayı sayılan Ramazan ayında ehtiyac sahibləri üçün iftar vermək, ay sonunda isə ailədə hər fərd üçün ayrılıqda müəyyən edilmiş məbləğdə fitrə sədəqəsi çıxarmaq vacib və savab əməllərdən sayılır. Artıq Ramazan ayının sonuna yaxınlaşırıq. Mütəxəssislər oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə də düzgün qidalanmağı məsləhət görür. Orqanizmin su ehtiyacı artdığından bol su içilməli, qəbul edilən qidaların qan şəkərini normada saxlamasına diqqət edilməldir.
Regionun ürəyi Şəkidə döyünəcək…
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 7 mayda keçiriləcək möhtəşəm konsertdə ölkənin tanınmış incəsənət adamlarının, musiqi qruplarının nümunəvi çıxışları baş tutacaq. Həmin gün regionun ürəyi Şəkidə döyünəcək. Konsert sözün əsl mənasında, ümummilli liderin xatirəsinə dəyərli bir tövhə olacaq. Konsertin möhtəşəmliyi bölgədə səs-küy yaratmaqla yanaşı, şimal-qərb bölgəsinin sakinlərinin də marağına səbəb olub. Elə ona görə də həmin günü səbirsizliklə gözləyənlər az deyil. Biz də öz növbəmizdə hərkəsi 7 mayda Şəkiyə, bayraq meydanından baş tutacaq təntənəli konsertə dəvət edirik.
Güclü külək fəsadlar törədib…
Ölkə ərazisində gecədən başlayan güclü külək fəsadsız ötüşməyib. Güclü külək nəticəsində Şəkinin Vərəzət kəndində elektrik dirəyi aşıb, Orta Zəyzid kəndində isə yol kənarındakı ağacın bir budağı qırılaraq avtomobil yoluna yola düşüb. Həmçinin Orta Zəyzid kəndində güclü külək kənd sakininin qaz xəttinə də ziyan vurub, Azəriqaz İB-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülüb.
Beşotaqlı ev külə döndü…
Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi brayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə Arzumanova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yanacaq daşıyan maşın körpüdən aşdı…
Qəbələdə ağır tonnajlı yanacaq daşıyan maşın körpüdən aşıb. Hadisə rayonun Vəndam qəsəbəsində baş verib. Qəza nəticəsində Şahbuz sakini 63 yaşlı sürücü hadisə yerində ölüb. Onun qəfil ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Hadisə yerində cəlb edilən FHN-nin xüsusi xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Qəza yerində iki sərnişin avtomobilinə də ciddi ziyan dəyib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.
3 yaşayış məntəqəsinin yolu yenidən qurulur…
Şamaxının Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmayıb. Bu səbəbdən torpaq yatağı deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Kənd sakinlərinin sözlərinə görə, yayda toz-dumandan, qışda isə palçıq əlindən yolda hərəkət etmək mümkün olmur. Yolun yararsız vəziyyətdə olması səbəbindən taksi sürücüləri də bu kəndlərə gəlməkdən ya imtina edir, ya da ki, baha qiymətə gəlirdilər. Sürucülərin sözlərinə görə Məlcək-Mirikənd-Qaravəlli kəndləri rayon mərkəzinə yaxın olsa da, onlar qısa məsafəni uzun müddətə qət edirlər. Bütün bu çətinliklər artıq geridə qalır. Avtomobil Yolları Dövlət Agentliyi Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunu yenidən qurur. Hazırda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihə çərçivəsində yolboyu torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun qurulması ilə 3 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmalarına şərait yaradacaq. Qeyd edək ki “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.