Super User

Super User

Cümə axşamı, 06 Aprel 2023 11:34

Eşitməyən qalmasın 06.04.2023

Baş Prokurorluğun təşkilatçılığı ilə bu gün Zaqatalada “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra “Zəfər Kompleksi”ni ziyarət edən iştirakçılar, şəhidlərin əziz xatirəsini yad ediblər.  Bölgəni təmsil edən mediya nümayəndələri və QHT nümyəndələri üçün təşkil edilən tanışlıq turu çərçivəsində,iştirakçılar Zaqatala rayon Prokurorluğununun inzibati binası, burada yaradılan şərait, həmçinin Prokurorluğun xidməti avtomobili ilə yaxından tanış olublar. Daha sonra rayon rəhbərliyi və aidiyyati qurum rəsmiləri Heydər Əliyev mərkəzinin muzey hissəsində, ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.Konfrans şəklində davam edən tədbirə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib. Konfransda həmçinin fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsindən danışılıb. İşgüzar tədbirin Zaqatala şəhərində təşkilindən məmnunluğunu ifadə edilib. Tədbirdə nümayiş edilən “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi iştirakçılar tərəfindən maraqla izlənilib. Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Şəkinin Aşağı Layısqı və Köndələn kənd məktəbləri onlar avtomobillərin sıx hərəkət etdiyi Şəki -Qax magistralının bir neçə addımlığında yerləşir. Bu Təhsil ocaqlarının qarşısında piyada keçidi olsa da nə işıqfora, nə də xəbərdaredici nişanlara rast gəlinir. Məktəblərdə təhsil alan uşaqlar hər gün dərsə gedərkən çox böyük cəsarət göstərirlər. Çünki azyaşlıların ani səhvi həyatları bahasına başa gələ bilər. Analoji hal Şəkinin 21 nömrəli tam orta məktəbinin də qarşısında yaşanır. Məktəb avtomobillərin sürətlə şütüdüyü Şəki-Oğuz magistralının keçdiyi ərazidə yerləşir. Nəinki, uşaqlar hətta böyüklər belə bu yoldan keçərkən çox ehtiyatlı davranmalı olurlar. Ərazidə dəfələrlə yol qəzaları yaşandığından məktəblilər və onların valideynləri vəziyyətdən çox narahatdır. Yolda piyada xətti və işıqforun olması belə, ərazidən keçidi heç də asanlaşdırmır. Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirildi ki, bu cür ərazilərdə yerləşən təhsil müəssisələri daim nəzarət altındadır. Polis əməkdaşları ərazidə müvafiq təhlükəsizlik işləri görür. Daxili İşlər Nazirliyinin əməkdaşı həmçinin bildirir ki, həmin ərazilərdə vaxtaşırı müayinələr aparılır, zəruri yol nişanları quraşdırılır, piyada zolaqları çəkilir. Eyni zamanda qaydaları pozan sürücülər cərimələnir və maarifləndirici söhbətlər aparılır. Ümid edirik ki, bu cür ərazilərdə yerləşən təhsil müəssisələrinə daha diqqətlə yanaşılar. Və problem aradan qaldırılar. 

Çərşənbə axşamı, 04 Aprel 2023 18:35

Xatirə şahmat turnirinin qalibləri müəyyənləşdi…

Çərşənbə axşamı, 04 Aprel 2023 15:11

Müğənni Vaqif Şıxəliyev "Bizim vaxtımızda" 02.04.2023

275 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S