Super User
“Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub...
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub. Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşanın quruluşçu rejissoru - teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər. Səhnə əsəsri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Şəkidə milli peşəkar teatrın yaranmasının 145 ili çərçivəsində il ərzində görkəmli dramaturqların əsərləri tamaşaya qoyulacaq. Şəkidə milli peşəkar teatrın yaradılmasının145 illiyi münasibətilə IV Şəki Beynəlxalq Teatr Festivalı da keçiriləcək.
Xeyirli axşamlar 10.05.2024
Gənc Kulinarların VI Respublika Çempionatının birinci mərhələsi keçirilib...
İsmayıllıda Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın şirin inciləri” qrant layihəsi çərçivəsində Gənc Kulinarların VI Respublika Çempionatının birinci mərhələsi keçirilib. Çempionatın keçirilməsində məqsəd Qərbi Azərbaycanın mətbəx vasitəsiylə tanıdılması, mədəniyyətimizin ən vacib parçasının – Qərbi Azərbaycan bölgə mətbəximizin assimilyasiyadan qorunmasına xidmət etməkdir. Müsabiqədən əvvəl Qərbi Azərbaycan şirniyyatların hazırlanma texnologiyası,tarixi, etnoqrafiyası, və s. haqqında ustad dərsləri keçilib. Həmçinin ilk dəfə olaraq Qida Foroqraflarının yarışı da baş tutub. Qeyd edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr çempionatın ikinci mərhələsinə vəsiqə qazanıblar.