Super User
Muxax çayı, yoxsa Böyükçay?
130 minə yaxın əhalinin yaşadığı Zaqatala ərazisindən 7 çay axır. Əsas çaylar Qanıx, Katex, Tala, Muxax çayları olmaqla, Qanıx çayı hövzəsinə aiddir. Uzunluğu 56 kilometr olan Muxax çayı Qanıx çayından sonra rayon ərazisindən axan ən uzun çaydır. Adını isə rayonun ən böyük kəndlərindən olan, 10 minə yaxın əhalinin yaşadığı Muxax kəndindən alıb. Bir neçə il öncə bu çayın adını bildirən “ Muxax çayı “ lövhəsi “Böyükçay” olaraq dəyişdirilib. Çayın adının dəyişdirilməsi isə yerli sakinlərin narazılığına səbəb olub. Onlar əsassız dəyişdirilən çay adının geri qaytarılmasını istəyirlər. Azərbaycan ensiklopediyası və Azərbaycan toponimləri kitablarında da çayın adı Muxax çay kimi qeyd edilib. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ettdik. Qurumdan bildirildi ki, hər hansı bir ərazidə müəyyən təmir- bərpa işləri görüldükdən sonra müvafiq adların yazıldığı lövhələrin vurulması təsdiqlənmiş siyahı əsasında həyata keçirilir. Qeyd edək ki, ölkə ərazisində hər hansı toponimin dəyişdirilməsi üçün Milli Məclisin qərarı olmalıdır. Ümid edirik ki, sakinlərin bu narazılığı tezliklə öz həllini tapacaq.
Avtomobil çökəkliyə aşıb, sürücü ölüb…
Qobustanda avtomobil çökəkliyə aşıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən hissəsində Abşeron rayonu, Xırdalan şəhər sakini 45 yaşlı Fərman Həsənovun idarə etdiyi \"Mercedes Benz 240\" markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü Fərman Həsənov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.
Qəhvə adı ilə alıb içdiyimiz nədir? | Elə çarə 25.04.2023
Xanəndə İlahə və Rakif Rüstəmov \"Xeyirli axşamlar\"da 24.04.2023
Azərbaycan Dövlət Mahnı Teatrı qastrol səfərində…
Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub.Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı Şamaxı Mədəniyyət Mərkəzində musiqisevərlərin qarşısına çıxıb. Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.
Dəbdəbəli məzardaşları - zənginliyin nümayişi yoxsa, ölüyə ehtiram
Standartlara cavab verməyən qəbirlərin mövcudluğu, məzarların ətrafının zəbt edilməsi yer çatışmazlığı probleminə yol açır. Şəki şəhərində də bir neçə qədim və yeni salınan məzarlıqlar var ki, onlardan bəzilərində artıq yer yoxdur. Şamaxıda da qəbirstanlıqda anoloji vəziyyət hökm sürür. Çardaq quran kim, sərdabə tikən kim, heykəl qoyan kim. Sanki ölü sahibləri kim daha çox pul xərcləyəcək deyə yarışa giriblər. Sosioloqların fikrincə son illər maddi dəyərlər mənəvi dəyərləri üstələdiyindən, insanlar da bir-biri ilə maddi üstünlüklərinə görə yarışmağa çalışır. Nəticə etibarilə bu, qəbiristanlıqlarda da özünü göstərir. Biz də baş daşılarının qiymətini öyrənməyə çalışdıq. Baş daşı çeşidləri və qiymətləri ilə tanış olanda isə az qalır ki, adam öz başını itirsin. Din xadimləri isə hesab edir ki, dəbdəbəli məzar daşları israfdan başqa bir şey deyil. Dünyasını dəyişən şəxsin xatirəsini anmaq yaşatmaq üçün dəbdəbəli məzar daşına qəti ehtiyac yoxdur. Xeyirxah əməllərlə ruhuna rəhmət oxutmaq ən xeyirlisidir. Azərbaycanda qəbir daşlarının vahid formada tətbiqi haqqında qanun, yəni məzar daşlarının dəbdəbədən kənar, sadə formada hazırlanması üçün ümumi qaydalar və tələblər mövcuddur. Bəs, nə üçün bu tələblər yerinə yetirilmir sualına Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə aydınlıq gətirib. Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 22-ci bəndinə əsasən başdaşının hündürlüyü 1, eni isə yarım metrdən çox olmamalıdır. Bu qaydaların tələbləri Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.
Motosiklet kanala düşdü, 2 nəfər xəsarət aldı…
Balakəndə motosiklet kanala düşüb, 2 nəfər xəsarət alıb. Hadisə rayonun Kortala kəndi ərazisində qeydə alınıb. Zaqatalanın Danaçı kənd sakini 21 yaşlı Sahib Kahayev idarə etdiyi motoskletlə hərəkətdə olarkən yolun sərt döngəsində idarəetməni itirib. Nəticədə motosiklet yolun kənarındakı kanala aşıb. Qəzada xəsarət alan Sahib Kahayev və onun həmkəndlisi 19 yaşlı Kamran Yumuxov Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Gənclər Balakənin Kortala kəndində futbol oynayıb Zaqatalaya geri qayıdarkən yol qəzasına düşüblər.