Şəkidə Azərbaycanın xalq artisti, bəstəkar, “Şöhrət” ordeni laureatı, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunan "Şərqin nəğməkar qızı" sənədli filminin təqdimatı baş tutub.
Təqdimata tanınmış incəsənət xadimləri, Şəfiqə Axundovanın qohumları, Şəki ziyalıları toplaşıblar. Çıxış edənlər Şəfiqə Axundovanın həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, şəkili bəstəkar bizə kifayət qədər zəngin musiqi irsi qoyub gedib. O, 600-ə qədər mahnının müəllifidir.
Rəsmi hissədən sonra filmə ictimai baxış baxış olub. Tanınmış jurnalist Xatirə Əkbərovanın rejissoru olduğu filmdə Şəfiqə Axundovanın uşaqlıq, yeniyetməlik, gənclik, həmçinin yaşlı halı canlandırılıb. Bunun üçün də 4 fərqli personajdan istifadə olunub.
Həmçinin filmdə Azərbaycanın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar da rol alıblar. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Çərşənbə axşamı, 06 Avqust 2024 12:16