Super User

Super User

Şəki şəhər 7 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Əbədi lider” adlı tədbir keçirilib. Şəhər 14 nömrəli məktəbdə təşkil olunmuş .tədbirdə təhsil işçiləri, məktəb direktorları müəllimlər, şəhid anaları, qazilər və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edənlər vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Tədbirdə məktəblilərin ifasında Ümummilli Liderə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Şamaxıda rayon ictimaiyyəti və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 100- cü ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Sonra çıxış edənlər görkəmli alimin mənalı ömür yoluna bir daha nəzər salıb, onun Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Şənbə, 29 Aprel 2023 20:12

Bir dəqiqədə 500 söz oxuyur…

Onun bir dəqiqəyə oxuduğu sözlərin sayını eşidəndə təəccüblənməmək mümkün deyil. Şəhriyar qəsəbə tam orta məktəbin 3-cü sinif şagirdi Nişanə Nəhmətlidən gedir. Nişanə təhsil aldığı məktəbdə artıq adı ilə deyil, \"sürətli oxuyan qız” kimi tanınır. Qəhramanımız deyir ki, məktəbdə tənəffüs zamanı hərkəs ona kitab oxutdurur. Ətrafdakılara aydın olmasa da, o oxuduğu mətnin məzmununu yadda saxlayır. 8 yaşı olanda Nişanənin sürətli oxu bacarığı üzə çıxıb. Balaca istedad ikinci sinifdə oxuyan zaman isə bir dəqiqədə 200 söz oxuya bilib. Mütəmadi məşqlər sayəsində artıq bir dəqiqədə oxunan sözlərin sayını 500-ə çatdırıb. Nişanə bu bacarığını artırmaq niyyətindədir. Buna görə o, hər gün məşq edir və söz oxuma sürətini artırır. Onun sözlərinə görə, sürətli oxuma üçün “Gözləri oynatma, sağa-sola, yuxarı-aşağı baxma, barmaq izləmə metodu ilə oxumağı inkişaf etdirir. Nişanə həmçinin dərs əlaçısıdır. O, bütün dərslərini vaxtından əvvəl mənimsəyir, məktəbdə sinif yoldaşlarından seçilir.Müəllimləri onun yaradıcı istedada malik olduğunu bildirirlər. Sadə bir azərbaycanlı ailəsində çox istedadlı qız yetişməkdədir. İstedadı qədər özünəinamı da var. Buna görə də ondan uğurlar gözləməyə dəyər.

Qaxın Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər evə daxil olaraq oradan geyimlər və digər əşyaları oğurlayıblar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Rəvan Əşrəlizadə və onunla əlbir olan yeniyetmə saxlanılıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər. Davam etdirilən tədbirlərlə onların oğurladıqları əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qobustanda Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondunun keçirdiyi immunlaşdırma kampaniyası çərçivəsində yüzdən çox uşaq peyvənd olunub. Tədbir Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub. Kampaniya çərçivəsində pediatr və vaksinatorlar üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən valideynlərin iştirakı ilə konfrans keçirilib. “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil edilən kampaniya çərçivəsində həkim-pediatr  tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verilib , ardınca yüzdən çox peyvəndləmədən kənarda qalan uşaq yerindəcə peyvənd olunub.  

Şəkinin Heydər Əliyev Mərkəzində Şəki şəhər 7, 8, 11, 12 və17 saylı tam orta məktəblərinin birgə hazırladıqları Heydər Əliyevin 100 illiyinə həsr olunan “Nə qədər Azərbaycan var, mən də varam!” adlı tədbir baş tutub. Tədbirdə şəhər ictimaiyyəti, təhsil işçiləri, şəhid ailələri iştirak ediblər. Çıxış edənlər ulu öndərin təhsilə, mədəniyyətə, dilimizə diqqət və qayğısından danışıblar.  Vurğulanıb ki, Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Rəsmi hissədən sonra şagirdlərin hazırladığı flaşmob, vətənpərvər ruhda şeir, musiqi və rəqs nömrələri nümayiş olunub.

Şamaxının Sabir qəsəbə tam orta məktəbində Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib. Konfransa Türkiyənin Kastamonu Şenpazar Çok Proqramlı Anadolu liseyinin müəllim və şagirdləri, ADPU və BSU-nun professor müəllim heyəti, eləcə də digər təhsil işçiləri qatılıb. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Türk dünyasının birliyini və tarixini araşdıran şagirdlərin məruzələri dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar verilib və Qardaşlaşmış Türkiyə Azərbaycan məktəbləri olan Kastamonu Şenpazar Çok Proqramlı orta okul və Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər 2 saylı tam orta məktəbdə \"İnklüzivliyə doğru növbəti addım\" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə adıçəkilən qurumların rəsmiləri eləcə də təhsil işçiləri iştirak ediblər.  Çıxış edənlər ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunduğunu vurğulayıblar. Regionlarda inklüziv təhsillə bağlı universitet, yerli icma və məktəblər, təhsil müəssisələri arasında müzakirə və fikir mübadiləsinin aparılmasının vacibliyi xüsusilə qeyd edilib. Slavyan Universitetində inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımlar atıldığı diqqətə çatdırılıb, İbtidai təhsil kafedrasında inklüziv təhsil qrupunun yaradıldığı bidirilib. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb. 

266 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S