Super User
Xanəndə Aytən Məhərrəmova komandası ilə Həyat Tərzində 11.04.2023
Sevərək içdiyimiz təhlükəli şirələr! | Elə çarə 12.04.2023
Bələdiyyənin saldığı yol niyə zəbt edilib?
İsmayıllının Qarabağ qəsəbəsi adlanan yeni yaşayış massivində 50-yə yaxın şəhid və qazi ailəsi üçün mənzillər tikilərək təhvil verilib. Və artıq 3 ilə yaxındır ki, massivdə yaşayış mövcuddur. Qəsəbə təhvil verilərkən sakinlərin rahat və qısa məsafədən gedib-gələ biləcəkləri yol olmayıb. Sonradan şəhər bələdiyyəsinə edilən kütləvi müraciət əsasında sakinlərin bu tələbi qanunvericiliyə uyğun şəkildə təmin edilib, onlar üçün bələdiyyə balansında olan torpaqdan yol ayrılıb. Yol məsələsi həllini tapdıqdan sonra qəsəbənin mənzil istismar idarəsinin rəhbəri başlayıb “Qarabağ”ın yollarına göz dikməyə. Bununla da kifayətlənməyərək həmin yolu müxtəlif əsassız səbəblərlə zəbt edib, sakinlərin gediş-gəlişini isə tamamilə məhdudlaşdırıb. Sakinlər məcburiyyət qarşısında köhnə yoldan istifadə edirlər. Əgər buna da yol demək olarsa.. Kələ-kötür palçıqlı yol sürücü və piyadaların hərəkətini çətinləşdirir. Bu yolun fəaliyyəti həm də ona görə əhəmiyyətlidir ki, iritutumlu avtomobillər, xüsusən, yanğınsöndürənlər, təcili yardım maşınları buradan çox rahatlıqla və qısa zaman içərisində hadisə yerinə çata bilir. İkinci bir nüans isə şagirdlərin məktəbə gediş-gəlişidir. Yol bağlı olduğundan məktəblilərin dərsə getmələri də çətinləşib. Sakinlər iddia edir ki, mənzil istismar idarəsinin rəhbərinin əlində, əslində, heç bir rəsmi əsası yoxdur. Yoldan piyada və avtomobillərin gediş-gəlişinin - hər dəfə bir qurum tərəfindən qadağan edildiyini bəhanə gətirir. Məsələ ilə bağlı məmurun münasibətini biz də öyrənməyə çalışsaq da həmin şəxs əvvəlcə əməkdaşımızı təhqir edib, ardınca isə kameranın yandığını görüb təriflər yağdırmağa başlayıb. Şəhər bələdiyyəsindən də sakinlərin bu məsələdə tam haqlı olduğu bildirilib. Şəhər bələdiyyəsinin rəsmisi onu da bildirildi ki, rəsmi olaraq aidiyyatı qurumlara məlumat verilib və məsələnin tezliklə həllini tapacağı gözlənilir. Hər halda mövzu diqqətimizdə olacaq!
\"AVAZ-4\" Televiziya Uşaq Muğam Müsabiqəsi Final 09.04.2023
Babək Niftəliyev, Kamilə Nəbiyeva \"Xeyirli axşamlar\"da 10.04.2023
Türkiyədə insanlar hələ də qorxu içindədir... | Həyat Tərzi 10.04.2023
Ziyalı və ictimai mühit və mədəni dəyərlər | Zamanında 10.04.2023
Hansı kəsmik yaxşıdır? Təcrübəmiz nələri üzə çıxardı... | Elə çarə 10.04.2023
Yağsız süd məhsullarının içində təhlükəli əlavələr! | Elə çarə 07.04.2023
Sağlam bədəndə sağlam ruh adi altinda yarış keçirilib…
Zaqatalada “Sağlam bədəndə sağlam ruh” devizi altında İdmanın kros və gimnastika növləri üzrə yarış keçirilib. Azərbycan Respublikası Daxili İşlər Nazirliyi, Gənclər və idman Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 14-17 yaşlı yeniyetmələr , və 20-25 yaş arası gənclər öz bacarıqlarını nümayiş etdirib. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, eyni zamanda da gənclər arasında Daxili İşlər Nazirliyi sistemində təhsili və xidməti təbliğ etmək və onları DİN orqanlarında, Daxili qoşunlarda xidmətə həvəsləndirməkdir.