Super User
Güclü yağış Zaqatalada fəsadlar törədib...
Şimal-qərb bölgəsinə yenə güclü yağış yağıb. Zaqatala rayonundan keçən Böyük çay və Tala çaylarında suyun səviyyəsi qalxıb. Bəzi yerlərdə Çaylar məcrasından çıxıb, nəticədə Bəhmətli kəndindəki fındıq bağlarını,həyətyanı sahələri sel suları yuyub.
Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Lahıc və Bəhmətli kəndləri yaxınlığından keçən hissəsində avtomobillərin hərəkəti çətinləşib. Tala çayında yaranan güclü sel Höytala və Yolayrıc kəndlərində evlərə və təsərrüfat sahələrinə ciddi zərər vurub. Müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Hidrometeoroloqlar isə bölgədə yağıntılı hava şəraitinin davam edəcəyini bildirirlər. Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb...
Oğuz polisi vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir Elşən Ağayevi saxlayıb.O, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib. Araşdırmalarla Elşən Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Eşitməyən qalmasın 16.05.2024
Səhər dəmi 16.05.2024
Yaxşı deyək, yaxşı eşidək 15.05.2024
Hamilə qadın təcili yardım avtomobilində doğuş etdi
Türkan Vəlizadədən şok açıqlama: Ləman mənim ögey bacımdır! | "5 gün" Mikayıl ilə
Türkan Vəlizadə və Ləman Əliyeva ""5 gün" Mikayıl ilə"də 15.05.2024
Elçin Məhərrəmov və Vüsalə Camalova "Xəbərin var?"da 15.05.2024
Şəhid baş gizir Zahid Səlimovun anım mərasimi keçirilib...
Şamaxının Əhmədli kəndindən olan baş gizir Zahid Səlimovun anım mərasimi keçirilib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxuyub. Anım tədbirində çıxış edənlər Şəhidimizin qısa, şərəfli həyat yolundan danışıb, onunla bağlı xatirələrindən bəhs ediblər. Zahid Səlimov 1977-ci ildə Şamaxının Əhmədli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1995-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı fərqləndiyi üçün "Qüsursuz xidmətə görə" və digər orden və medallarla təltif edilib.