Super User
Magistral yollarda nəqliyyatın hərəkəti çətinləşib
Şamaxı və İsmayıllı rayonlarına yağan qar yollarda hərəkəti iflic vəziyyətə salıb. Şaxtalı hava səbəbindən əsasən də İsmayillı-Muğanlı yolunun bir hissəsi bağlanıb. Gecədən səhərədək həmin ərazilərdə xeyli sayda avtomobil yolda qalıb.
Manaf Ağayev, Gülnar Ələkbərli, Aynur Sima və Ülviyyə ""5 gün" Mikayıl ilə"də 21.02.2025
Könül Yusifqızı, Ümman Zali və Sabir Əhmədov "Xəbərin var?"da 21.02.2025
“44 gün – Tarixi zəfər” adlı kitabın təqdimat mərasimi olub
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası -- bu gün Zaqatalada “ 44 gün- Tarixi zəfər” adlı kitabın 1, 2, və 3-cü cildlərinin təqdimat mərasimini keçirib. Tədbirdə rayon ziyalıları ilə yanaşı, şəhid ailələri və qazilər iştirak edib.
Şəhid Şahmar Soltanlı doğum günündə anılıb
Şəkidə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin şəhidi Şahmar Soltanlı 28-ci doğum günündə anılıb. Əvvəlcə dəfn olunduğu xiyabanda şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dualar oxunub. Daha sonra tədbir şəhər 7 nömrəli tam orta məktəbdə davam edib. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirak etidiyi tədbirdə şəhidin şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş edilib.
Çıxış edənlər şəhid Şahmar Soltanlı ilə bağlı xatirələrinin bölüşüb, onun Vətən sevgisindən, müharibədə göstərdiyi igidlikdən qürurla bəhs ediblər. Daha sonra tədbir musiqiçilərin və şagirdlərin vətənpərvərlik ruhunda çıxışları ilə davam edib.
Ağacların kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Zaqatalada vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanunsuz ağac kəsilməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir. Bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir.
Məlumata görə, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Muhuma Qudayevin başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevlə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Yaşar Qafanlı, Vüsal Şahbazov, Əfsanə Qurbanova, Ofelya Şabanova ""5 gün" Mikayıl ilə"də 20.02.2025
Ülvi Həsənli, Tərlan Novxanı və Elnar Xəlilov "Xəbərin var?"da 20.02.2025
Əlibaba Məmmədovun "Vətən yaxşıdır" adlı xatirə gecəsi keçirilib
Şəkidə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun "Vətən yaxşıdır" adlı xatirə gecəsi keçirilib. 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkil etdiyi tədbirdə RMİ-nin rəsmiləri, şəhər içtimaiyyəti, şəhid ailələri, həmçinin xüsusi qonaq qismində şəhid Xudayar Yusifzadənin anası iştirak edib.
Çıxış edənlər bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları bu gün də sevərək ifa edirlər. Daha sonra tədbir Ə.Məmmədovun repertuarından "Bakı", "Mehriban həkim", Mənim Azərbaycanım", "Ana yurdum", "Xudayar" təsnifi, "Rast" muğamı və digər mahnılarının səsləndirilməsi ilə davam edib.