Super User
Aşıq Mübariz, Cahangir Əliyev & Gülnar Zeynalova, Maya, Gülnar ""5 gün" Mikayıl ilə"də 24.02.2025
Hərəkətin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilir
Bu gün peşə bayramını qeyd edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları qeyri-sabit hava şəraiti səbəbilə fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər.
Şamaxıda 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı idarəsinin əməkdaşları gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Azərbaycanın nömrə 1 ulduzu 21.02.2025
Stop kadr bu dəfə Azərbaycan Dövlət Kukla Teatrında 23.02.2025
Ayaz Qasımovun ağır yol qəzası | Yollar bizi ayırmasın 22.02.2025
Leyla Rəhimova və Pərvaz İbrahimli ilə Şəhid Tərlan Məmmədovun ocağında Kim var, Kim yox? 22.02.2025
Gülyanaq Məmmədova: 6 bacım, 4 qardaşım var. Anama deyirəm... | Həftənin qonağı 22.02.2025
Zaqatalada təbiətə qənim kəsilənlərin cəzası
Çoxillik ağacların qanunsuz budanması ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun kənarındakı çoxillik ağacların qanunsuz budanması bir neçə vəzifəli şəxsin işini itirməsi ilə nəticələnib.
Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatına əsasən, cinayət işi üzrə istintaq davam edir. Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, çoxillik qovaq ağaclarının təhlükəsilik məqsədilə budanmasına zərurət olub. Amma nə yazıq ki, budanma adı ilə ağacları əməlli başlı məhv ediblər.
“Min əzab çəksə də əkinçi qarda, Yenə taxılına qar yorğan olur”...
Qarın yağması fermerlər üçün ümid işığı olub. Belə ki, son 3 ayda havanın quraq və isti keçməsi səbəbindən ən iri taxılçılıq rayonlarından olan Şəkidə əkin sahələrinin 50%-dən çoxu təhlükə altında idi. Sahələrdə gəmiricilər xeyli artdığından fermerlər çıxış yolu kimi qarın yağmasını gözləyirdilər.
Qarlı, şaxtalı hava - Dövlət qurumlarının sınağı...
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır. Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur. Günorta saatlarına olan məlumata görə, qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm qeydə alınıb.