İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır. DİN-in məlumatına görə, Şamaxı rayonunda qeydə alınan kadrdakı avtomobilin sürücüsünün şəxsiyyəti də müəyyən edilib. O, Şərədil kənd sakini İlqar Əhmədovdur. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.