Super User

Super User

Çərşənbə axşamı, 18 Fevral 2025 15:28

Zərnava sakinlərinin yol sınağı

İsmayıllının Zərnava kəndinə gedib-gəlmək sakinlər üçün çətin sınağa çevrilib. Əsas səbəb isə kəndə aparan normal yolun olmamasıdır. Rayon mərkəzindən 30 kilometr uzaqda yerləşən kəndin sakinləri şəhərə çatmaq üçün ya çaydan keçməli, ya da dağa qalxıb Girdiman çayının üzərindəki uzunluğu 74 metr olan asma körpüdən istifadə etməlidirlər. Yolsuzluq səbəbindən sakinlər xeyli çətinlik çəkirlər. Bəs, yol nə vaxt çəkiləcək ? Sujeti izləyək...

Şəki rayonunun 26 yaşlı Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Lakin bir gün sonra günorta saatlarında ananın ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Daha əvvəl iki övladını təbii doğuşla dünyaya gətirən ananın ölümündə ailəsi həkimləri günahlandırır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən hadisə ilə bağlı bildirilib ki, xəstəyə "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib. Xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Bir gün sonra günorta saatlarında qadının halı pisləşib, boğulmadan şikayət edib.

Lakin ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda da araşdırmalar davam etdirilir.

Şənbə, 15 Fevral 2025 14:06

"İki xalqın şairi- Simax Şeyda"

”Oğuzun tanınmış simaları” adlı layihə çərçivəsində yəhudi əsilli Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair, publisist Simax Şeydanın "İki xalqın şairi- Simax Şeyda" adlı xatirə gecəsi keçirilib. Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət və təhsil işçiləri, ziyalılar iştirak edib.

Çıxış edənlər vurğulayıb ki, Simax Şeyda Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdəndir. Şairin bu günə kimi 24 kitabı işıq üzü görüb ki, onalardan 11-i uşaqlar üçündür. Daha sonra şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim edilib. Məktəblilər Simax Şeydanın şeirlərindən nümunələr söyləyiblər. Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

Qeyd edək ki, Simax Şeyda SSRİ "Əmək veteranı" medalı laureatı adına layiq görülüb. Azərbaycan "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. 13 fevral 2024-cü ildə Almaniyanın Münhen şəhərində vəfat edib.

İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar. İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları keçirdikləri tədbir zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü Siyavuş Seyidovu təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlayıb.

Yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib. Müvafiq tibbi müayinədən sonra onun marixuana istifadə etdiyi də məlum olub. Həmçinin "Mercedes-Benz" markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Zaur Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

125 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S