Super User
Kürdmaşı sakinləri təhlükədə, kənd günü-gündən sürüşür...
İsmayıllının Kürdmaşı kənd sakinləri təşviş içərisindədir. Kənddə torpaq və həyətyanı sahələr günü-gündən sürüşür, evlərsə uçub-dağılır. Səbəb isə ərazidən keçən su kanalları hesab olunur.
Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb. Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və hansı evə yaxınlaşırsa, sakinlər qorxudan evlərini tərk etməli olur...
İdris Məmmədov, Neymət Mirzəyev və Coşqun Raufoğlu ""5 gün" Mikayıl ilə"də 17.04.2024
Səhər dəmi 17.04.2024
Oğuzda çay sahilində tapança aşkar edilib...
Oğuzda çay sahilində tapança aşkar edilib. Polis əməkdaşları keçirdikləri tədbirlərlə çay sahilindən 1 ədəd “Naqan” markalı tapança və 1 ədəd ov tüfəngi aşkar edərək götürüb. Profilaktik tədbirlər zamanı isə rayon sakini müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.
Elşad Qarayev, Səba, Xəlil Qaraçöp və Həsən Şirvanlı ""5 gün" Mikayıl ilə"də 16.04.2024
Uşaqlıq arzusunu reallığa çevirdi...
62 yaşlı Zaqatala sakini Hacıəhməd Məmmədov hazırladığı təyyarə ilə diqqət mərkəzindədir. Zaqatalanıın Yeni Suvagil kəndinin sakini bir neçə ildir ki, bu iş üzərində çalışır.
Aviasiyaya uşaqlıqdan həvəsi olan qəhrəmanımız gənclik illərində müəyyən səbəblərə görə bu sahə üzrə ali təhsil ala bilməsə də, illər uzunu öz üzərində işləyib. Oxuduğu aviasiyayla bağlı elmi kitablar, son illər internet üzərindən apardığı araşdırmalardan sonra bu işə marağı daha da artıb.
Məclisi-Şüəra 16.04.2024
Qohumlar pomidor turşusundan zəhərləndi...
Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib. Yuxarı Tala kənd sakini 25 yaşlı Mollahacı Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib.
Ardınca isə onun qohumu 61 yaşlı Murad Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib. Onun da ötən gün birlikdə pomidor turşusundan zəhərləndiyi məlum olub. Murad Ramazanov da mərkəzə təxliyyə edilib.
Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Dövlət İmtahan Mərkəzi qəbul imtahanları keçirib...
Dövlət İmtahan Mərkəzi bir neçə kateqoriyadan olan şagirdlər və eyni zamanda abuturiyentlər üçün ali məktəblərə və kolleclərə qəbul imtahanları keçirib. 35 minə yaxın şagirdin iştirak etməsi nəzərdə tutulan proses 18 şəhər və rayonda baş tutub.
Lənkəran sakini 10 kiloqram narkotiklə saxlanıldı...
Balakən polisi qeyri-leqal yollarla göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alıb. Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb və ondan 10 kiloqram marixuana, 150 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib.
Əvvəllər də dəfələrlə narkotikə görə məhkum olunan İslam Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Son 1 ay ərzində isə Balakəndə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.