Super User
13 yaşlı oğlanı ilan sancıb…
Zaqatalada 13 yaşlı oğlanı ilan sancıb. Hadisə rayonun Kəpənəkçi kəndində baş verib. Məhəmməd Kərimov yaşadığı evin həyatyanı sahəsində oynayarkən ilan qəfildən onun sağ əlindən sancıb. Məhəmməd Kərimova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Nəfəsdən nəfəs kəsən ifa | Xəyalə ilə axşam söhbəti
İspanaqlı can əti resepti | Yeməli 30-cu veriliş
Sacda qızardılmış dadlı qutab | Kəndimiz 43-cü veriliş
Uzman ortoped-travmatoloq Vüsal İsmayılov "Həkimcanlı"da 13.04.2022
Lor, plastik cərrah Kamran İbrahimov "Həkimcanlı"da 12.04.2022
Prezidentin fəaliyyətinə həsr olunan tədbir keçirilib...
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, əmək kollektivləri , ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər. Bildirilib ki, Dövlətimizin başçısının 2003-cü ildə ilk dəfə Prezident seçilməsindən ötən 15 il ərzində Azərbaycan misilsiz inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənib. Diqqətə çatdırılıb ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26,6 dəfə artıb. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektoru da əsaslı şəkildə inkişaf edib. Diqqətə çatdırılıb ki, qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Qələbə ölkəmizin qəti Zəfərini təmin edib. 2018-ci ildə "Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq" tezisi 2020-ci ildə "Qarabağ Azərbaycandır!" şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirib. Qeyd olunub ki, hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Sonra tədbir iştirakçıları Azərbaycan Televiziyasının hazırladığı “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini izləyiblər.
Şəhidin ad günü məzarı başında qeyd olunub...
Şəhid Murad Mahmudovun doğum günündə ailə üzvləri, dostları, və kənd sakinləri Vətənin qəhrəman oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilər vətənpərvər ruhda şeirlər səsləndirib. Murad Mahmudov 1995-ci ilin aprel ayında Şəkinin Çayqaraqoyunlu kəndində anadan olub. 2013-2015-ci illər arasında həqiqi hərbi xidmətini keçən igidimiz təxris olunduqdan sonra doğma kəndinə qayıtsa da torpaqlarımızın işğal altında olması ilə barışa bilmir və hərbiçi kimi yenidən Vətənə xidmətə qayıdır. Vətən müharibəsi başlayanda minlərlə vətən oğlu kimi döyüşlərə qatılan Murad Ağdərə istiqamətində vuruşub. Sərrast atıcı olan çavuş Mahmudov düşmənin onlarla canlı qüvvəsi və texnikasını məhv edib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Mail Mahmudov da Vətən müharibəsində qardaşı ilə çiyin çiyinə Ağdərə istiqamətində döyüşüb. Ancaq tale ele gətirib ki, oktyabrın səkkizində onlar bir birilərini son dəfə görüblər. Vətən müharibəsi zamanı Mahmudovlar ailəsindən 3 qardaş - Murad, Mail və Münasib döyüşlərdə iştirak edib. Valideynləri deyir ki, həmin günlərdə 3 zəng gözləmək ağır olsa da onlar bununla qürur duyurdular. Xatırladaq ki, 27 yaşlı qəhrəmanımız Vətən torpaqlarının işğalçılardan geri qaytarılması üçün son nəfəsinə kimi mübarizəsini davam etdirib və aprelin 3-də ağır döyüşlərinin birində yaralanaraq xəstəxanaya aparılsa da müalicəsini yarıda saxlayıb, döyüş yoldaşlarının yanına səngərə qayıdıb. Aprelin 10-da növbəti hücum əməliyyatında Talış yüksəklikləri uğrunda gedən qızğın döyüşdə qəhrəmancasına şəhid olub. Çavuş Murad Mahmudov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Cəsur Döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, vətənin qəhrəman övladı ailəli idi. Damla və Aysu adlı qızları Vətənə yadigar qalıb.