Super User

Super User

Cümə axşamı, 24 Fevral 2022 18:13

Tariximizə şahid olan abidələr...

Tarixi çox zəngin olan Şimal-Qərb bölgəsində günümüzdə də ciddi araşdırılmasına ehtiyac duyulan yüzlərlə tarixi abidə var. Təkcə Zaqatalada bu günədək 100, Balakəndə isə 26 tarixi abidə qeydə alınıb. 5-6-cı əsrlərdə inşa edilən, rus mənbələrində Zaqatala səddi, fars mənbələrində Kalasur, gürcü mənbələrində Kelasur adlandırılan uzunluğu 120 kilometr olan Böyük Qafqaz səddinin qalıqları bu gün də Balakən rayonunun Katex, Zaqatala rayonunun Pərzivan ərazisində qalmaqdadır. Səddin restavrasiyası bölgə tarixinin araşdırılması, eləcə də qorunaraq gələcək nəsillərə ötürülməsi üçün olduqca vacibdir. Yaxın keçmişə aid olmsına baxmayaraq, bölgə üçün əhəmiyyətli tarixi tikililərdən biri də 1828-ci ildə Rus İmperiyasının Cənubi Qafqazda mövqelərini gücləndirmək məqsədi ilə inşa edilən Zaqatala Qalasıdır. Elə Zaqatalaya 1851-ci ildə Rus İmperatorunun imzaladığı sənədlə şəhər statusunun verilməsi də birbaşa bu qalanın adı ilə bağlıdır. Tarixi abidələrin araşdırılması və restavrasiyası bölgəyə turustlərin cəlb edilməsi baxımından da əhəmiyyətlidir.Ümid edirik, yaxın gələcəkdə bu istiqamətdə də müvafiq işlər görüləcək.
II Dünya müharibəsində həlak olan vətəndaşımızın nəşi 80 il sonra Azərbaycana gətirilib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində döyüşmüş Qaxın Güllük kənd sakini Əliyev Əli Molla oğlunun cəsədinin qalıqları Rusiyada tapılıb. Volqoqradda qazıntı aparan rusiyalı işçilər qəbir görüblər. Qəbirin içindən tapılan gilizdə Əli Əliyevin ad-soyadı və yaşadığı yer qeyd olunub. Daha sonra onun qohumlarına məlumat verilib. Ailə üzvlərinin istəyi ilə mərhumun nəşi Azərbaycana göndərilib. Qax Rayon Hərbi Komissarlığının və kənd icra nümayəndliyinin iştirakı ilə onun nəşi Güllük kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Əli Əliyev 1942-ci ildə Volqoqradda həlak olub.
Cümə axşamı, 24 Fevral 2022 07:59

Portuqaliya/Lissabon | Bəlkə 1-ci Bölüm

Cümə axşamı, 24 Fevral 2022 07:52

Arnolfininin evlənməsi | Sirlər 1-ci veriliş

Cümə axşamı, 24 Fevral 2022 07:38

Hacı Dayının Nəvələri 9-cu Bölüm

Çərşənbə, 23 Fevral 2022 18:25

Folklor evi qəzalı vəziyyətdədir…

Şamaxı rayon Göylər kənd Folklor evi artıq  2-ci əsrdir ki, fəaliyyət göstərir.  Ancaq görkəmli binadan geriyə sadəcə xatirələr qalıb.  Bina o dərəcədə qəzalı vəziyyətdədir ki, üfürən olsa uçar. Və yaşanacaq təhlükənin fərqində olsalar da  hələ də bu binada çalışanlar var.
Göylər kənd sakinləri 300 nəfər tutumu olan folklor evində keçirilən çox sayda tədbirləri, məşhur müğənnilərin konsertlərini hələ unutmayıblar. Ancaq söhbət yaşlı nəsildən gedir. Gənclər üçün isə folklor evi bu gedişlə ancaq xarabaxalığı ilə yadda qalacaq. 2016-cı ildə baş vermiş zəlzələdən sonra onsuz da istismar müddətini başa vuran bina daha təhlükəli vəziyyətə düşüb. Binanın divarlarının bir hissəsi uçub,  qapı və pəncərələri dağılıb, tavan və döşəmələr çökmək üzrədir. Ən acınacaqlısı isə odur ki, qəzalı vəziyyətdə olan bina hələ də faəliyyət göstərir. Kənd kitabxanası və Göylər kənd Folklor evinin mədəniyyət işçiləri bu binada çalışır. Həmçinin sakinlər asudə vaxtını burada keçirir. Məsələ ilə bağlı həm folklor evinin işçiləri, həm də kənd sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət edib. Ancaq nə işçiləri köçürən olub, nə də binaya bir əncam çəkən. Görünən odur ki, Göylər kənd sakinləri hələ bir müddət daha qəzalı folklor evindən istifadə etməli olacaqlar. Əlbəttə ki, bu müddət ərzində hər hansı bədbəxt hadisə baş verməsə. 
Çərşənbə, 23 Fevral 2022 18:24

7 kəndin su təminatı yaxşılaşdırılacaq...

Bu il ərzində Qax rayonunun 7 kəndində əhalinin içməli suyla təminatının yaxşılaşdırılması üçün müvafiq işlərin görülməsi nəzərdə tutulub.  Hazırda rayonun Qaratala , Amannı və Ağyazı kəndlərində artezian quyularının qazıntısına başlanılıb. Həmin quyularda iş tamamlandıqdan sonra digər dörd kənddə Calayir, Şıxlar, Tasmalı və Güllük kəndlərində quyuların qazılmasına start veriləcək. Ümumilikdə Qax rayonunda iki subartezian və beş artezian quyusunun qazılması planlaşdırılır.
Çərşənbə, 23 Fevral 2022 10:14

Hacı Dayının Nəvələri 8-ci Bölüm

580 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S