Super User
Travmatoloq-ortoped Cavid İsmayılov "Həkimcanlı"da 07.03.2022
Region inkişaf və reabilitasiya mərkəzinin rəhbəri Ulviyyə Umarzadə "Həkimcanlı"da 07.03.2022
Hacı Dayının Nəvələri 16-cı Bölüm
Dubayın göz qamaşdıran inkişafı | Bəlkə 3-cü Bölüm
Tükürpədici qətlin təfərrüatlari...
Qəbələdə baş verən tükürpədici qətlin təfərrüatları məlum olub. Əməkdaşlarımız hadisə yerində olub, yaşananları qonşulardan öyrəniblər. Hadisə Zarağan qəsəbəsindəki 61 saylı binanın 4 cü blokunun 4 cü mərtəbəsində baş verib.
Hadisə zamanı yaranan səs küyü eşidən qonşu mənzilin qapısını döyərək səs küyün səbəbini öyrənmək istəyib. İçəridən gələn səs uşaq yatdırdığını deyib. Şübhələnən qonşu daha sonra evdən böyük bir bükülünün qadın və oğlan tərəfindən daşındığını görüb. Qətlə yetirilən 23 yaşlı Aytac Əliyevanın 3 yaşlı övladı da evdə olub. Qonşuları mərhumun çox yaxşı insan olduğunu deyir. Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirib. Qətli törədənin Şəki sakini Kəmalə Maksmbekova olduğu müəyyən olunub. Belə ki, Kəmalə Aytacın ərinin sevgilisinin rəfiqəsi olub. O, tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırmalar davam edir.
Kartof püresi | Kəndimiz 16-ci veriliş
Külək ciddi fəsadlar törətdi...
Güclü külək və yağışla müşahidə olunan hava şəraiti bəzi rayonlarda fəsadlar törədib. Ağaclar aşıb, elektrik dirəkləri qırılıb.
Son iki gündür müşahidə olunan güclü külək Şamaxıda fəsadlara səbəb olub. Küləyin təsiri nəticəsində Şamaxı şəhərində və kəndlərdə 10-a yaxın evin, tövlə və sahibkarlıq obyektinin dam örtüyü dağılıb, 20-dən çox irigövdəli ağac, işıqlandırma dirəkləri, yol nişanları, reklam lövhələri aşıb. Bundan əlavə, güclü külək Həmyəli-Cabanlı yolunun kənarında olan 30-a yaxın beton elektrik dirəyini aşırıb, yüksək gərginlikli elektrik naqilləri qırılıb. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan səbəbindən Şamaxı şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda küçələrə yıxılmış ağacların kəsilərək götürülməsi və əhalinin elektrik enerjisi ilə təmin olunması üçün işlər görülür.
Güclü külək Şəkidə də fəsalara səbəb olub. Bəzi kənd yollarında ağaclar aşıb, naqillər qırılıb. Hazırda küləyin fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.Milli Hidrometreologiya Xidmətinin məlumatına görə, bəzi bölgələrdə küləkli hava şəraiti davam edir və temperatur ötən günlərlə müqayisədə 5-8° aşağı enib.
Göyçay rayonunda da güclü külək bir sıra fəsadlar törədib. Küləyin təsiri nəticəsində Göyçay şəhərində və kəndlərdə 10-a yaxın irigövdəli çinar, qovaq ağacı aşıb, yollarda hərəkət edən bir neçə avtomobilə ziyan dəyib. Qeyd olunan ərazilərdə elektrik enerjisinin verilişi dayanıb. Qeyd edək ki, sabahdan başlayaraq yaxın üç gün ərzində havanın temperaturu iqlim normasından yüksək olacaq. Martın 9-u axşamdan başlayaraq isə hava şəraitinin dəyişəcəyi, temperaturun xeyli aşağı düşəcəyi gözlənilir. Temperatur fevral ayı ilə müqayisədə aşağı olacaq və 4-9 dərəcə isti təşkil edəcək.
İrəvan müəllimlər seminariyasının 140 illiyi qeyd olunub...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Azərbaycan təhsil və pedaqoji fikir tarixinin parlaq səhifəsi- İrəvan müəllimlər seminariyasının 140 illiyi” adlı elmi praktik konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq baş tutub. Çıxış edənlər bildirib ki, İrəvan müəllimlər seminariyasının yubileyinin qeyd edilməsi, milli yaddaşın bərpasına hədəflənib. Natiqlər tələbələrə İrəvanın tarixi, orda yaşayan xalqların türk milli etnik kimliyi, ermənilərin bu diyarlara köçürülməsi prosesi haqqında tarixi faktlar barədə məlumat veriblər. Həmçinin bildirilib ki, 1881-ci ildə fəaliyyətə başlayan İrəvan müəllimlər seminariyasında Azərbaycan dili və şəriət dərslərinin keçirilməsi faktı o zaman İrəvan quberniyasında yaşayanların mütləq əksəriyyətinin azərbaycanlılar olduğunun göstəricisidir. Tədbirdə həmçinin məlumatlandırıcı xarakterli təqdimatlar keçirilib. Maraqlı diskussiyalar aparılıb.
"Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə turnir keçirilib...
Bu gün Şəki şəhərində Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə yeniyetmə və gənc idmançılar arasında turnir keçirilib. Turnirdə gənc cəngavərlər Kikboksinq, MMA, May-Tay, Grappling, Pankration idman növləri üzrə güclərini sınayıblar. Yarışda müxtəlif çəki dərəcələri və 6 yaşdan başlayaraq 7 yaş kateqoriyası üzrə qarşılaşmalar keçirlib. Turnirin sonunda qaliblar diplom və medallarla təltif edilib.
“Şagirdlərin astronavtika məktəbi”
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin "Şagirdlərin Astronavtika Məktəbi" adlı layihəsinin qalibi olan Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbində layihənin bağlanış tədbiri keçirilib. Layihə çərçivəsində 30 şagird və 20 müəllim astronomiya məzmunlu təlimlərə cəlb edilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalib məktəblərindən biri də Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbidir. Belə ki, məktəb bu il müsabiqədə "Şagirdlərin Astronavtika Məktəbi "adlı layihəsinin qalibi olub. Layihə əsasında məktəbin müəllimləri üçün onlayn, şagirdlər üçün isə əyani təlimlər təşkil edilib. Dərsləri məktəbin nəzdində yaradılan astronavtika otağıında Şamaxı Astrofizika Rəsədxanasının elimi işçiləri keçirib.
Layihənin bağlanış təbirində Şamaxı Astrofizika Rəsədxanasının və Şamaxı rayon Təhsil Şöbəsinin əməkdaşları, eləcədə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib. Layihə çərçivəsində şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib , ardınca layihə rəhbərinin hesabatı dinlənilib. Layihə boyunca çəkilmiş video və şəkillərdən hazırlanan videorolik tədbir iştirakçılarına təqdim edilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.