Super User

Super User

 Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Şamaxı rayonunun Meysəri kəndində “Tacikistan-Azərbaycan Dostluğu bağı” salınıb. Şərab istehsalı müəssisəsinin əməkdaşları və şamaxılı gənclərin iştirakı ilə 2 hektar sahədə yerləşən bağda Tacikistan Respublikası tərəfindən Azərbaycana hədiyyə edilmiş 3000 ədəd üzüm və ərik ağaclarının tingləri əkilib. Tinglərin 1000 ədədi “Mirsançali” ərik tingləri, 1000 ədədi “Qələbə” üzüm tingləri, 1000 ədədi isə “Ağ Hüseyni” üzüm tingləridir. 

Bu gün 22 mindən çox şagird orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib. Saat 11-də başlayan imtahanlar respublikanın 30 şəhər və rayonunda keçirilib. Prosesin idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 4 min  506 nəzarətçi-müəllim, 442 buraxılış rejimi əməkdaşı, 216 bina nümayəndəsi ayrılıb. Sabah da keçiriləcək imtahanlar ümumilikdə 216 bina və 3 min 620 zalda təşkil olunur. İmtahanlarda 17 nəfər fiziki məhdudiyyətli abituriyentin iştirakı planlaşdırılır. Onlar üçün də fərdi nəzarətçilər təyin edilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub. Dövlət İmtahan Mərkəzinin Balakən, Zaqatala və Qax rayonlarında tam orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Qaxda imtahanların idarə olunmasına 6 imtahan rəhbəri və 46 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 38 otaq ayrılıb. Əməkdaşlarımız Qax şəhərindəki Tofiq İsmayılov adına 5 saylı məktəbdə tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Ölkənin demək olar bütün bölgələrində və eləcə də paytaxtda sahibsiz heyvanların, o cümlədən sahibsiz itlərin sayı günbəgün artır. Bu heyvanlar bəzən təhlükəli vəziyyət yaradaraq insanlara hücum edirlər, bəzən də məktəbə gedən şagirdlər üçün qorxulu anlar yaşadırlar. Gecə saatlarında isə ərazi tamamilə bu canlıların ixtiyarında olur. Hər addımbaşı rast gəlinən sahibsiz itlərlə bağlı şimal-qərb bölgəsindən, daha dəqiqi Şəki, Zaqatala və Şamaxıdan reportaj hazırlamışıq.  İzləyək...  Mövzunu sırf bu bölgələrdə araşdırmağımızın bir digər səbəbi, həmin rayonların turizm bölgəsi olmasıdır. Təbii ki, sakinlərin yaşadığını ölkəmizə gələn turistlər də  yaşayır. Və nəticədə həmin rayonların imicinə xələl gəlir. Bir sözlə, ümumilikdə ölkənin probleminə çevrilən bu məsələ ilə bağlı ümid edirik yaxın gələcəkdə hər hansı addım atılar. 

Səllim və sürü halında dolaşan itlər insanlar üçün əsl təhlükə mənbəyinə çevriliblər. Durmadan sayı artan itlərə qarşı heç bir tədbirin görülməməsi də sakinlərdə qorxu yaradır. Xüsusilə səhərin erkən saatlarında və axşam vaxtı sürü halında dolaşan səllim itlər sakinlərin kabusuna çevrilib.  Vəziyyət o həddə çatıb ki, şəhər mərkəzlərində, park və meydanlarda insanlar rahat gedib-gələ, istirahət edə bilmir. Ən böyük təhlükə və qorxunu isə məktəbə gedib-gələrkən uşaqlar yaşayır.  Bu səbəbdən də əksər valideynlər  övladlarını özü dərsə aparmalı olur.  Digər tərəfdən, itlərin heç bir quduzluq əleyhinə vaksinasiya edilməməsi bu təhlükəni daha da artırır. Ekspertlər deyir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, dərhal müalicə olunmalıdır. Əks halda, bu, ölümlə nəticələnir. O ki, qaldı bu heyvanların quduzluq əleyhinə müalicə-profilaktikaya cəlb olunmasına....

Küçədə addımbaşı sahibsiz heyvanların olması aqressiv insanların onlara qarşı şiddətini də asanlaşdırır. Dünya təcrübəsinə isə nəzər salsaq görərik ki, insanların küçə heyvanlarından qorxmaması üçün itlərin qulaqlarına birkalar, xüsusi sancaqlar vurulur ki, bu da onların vaksinlənmiş, yəni təhlükəsiz olduğunu bildirir.  Ancaq hazırda ölkəmizdə bununla bağlı hər hansı iş görülmür. 

Cümə axşamı, 03 Mart 2022 18:51

Qəbələ sakini göldə boğuldu...

575 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S