Super User

Super User

Zaqatala dağlarında itən Hindistan vətəndaşının axtarışları davam edir. İtkin düşən hindistanlı turistin axtarışlarına DİN, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət hər birində 10 nəfər olmaqla 11 qrup cəlb olunub. Hazırda həmin şəxsin itkin düşdüyü ehtimal edilən çətin relyefə malik dağlıq ərazilərdə axtarış tədbirləri davam etdirilir. Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Bazar ertəsi, 23 May 2022 13:33

"Şeytan üçbucağı”nın sirri | Sirlər

Bazar ertəsi, 23 May 2022 07:38

Abqoralı xoruz əti | Yeməli 23.05.2022

Bu gün üçüncü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda 21 min 521 abituriyent iştirak edib. Onların arasında 60 nəfər fiziki məhdudiyyətli abituriyent də olub. Bu gün baş tutan, eyni zamanda sabah keçiriləcək imtahan üçün şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3 min 322 imtahan zalı ayrılıb. Əməkdaşlarımız prosesi Şəkidə izləyiblər. Şəkidə imtahanların keçirilməsi üçün 4 mərkəz ayrılıb.  Ümumilikdə, 1013 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 104 nəzarətçi-müəllim cəlb edilib.  

Qəbələ Atıcılıq Klubunda Bakıda keçiriləcək Atıcılıq üzrə  Dünya Kuboku yarışlarının  məşqlərinə start verilib. 79 nəfərlik Qazaxıstan milli komandası, eləcə də Özbəkistan və Azərbaycan milli komandasından iştirakçılar stend atıcılığı, tir və digər atıcılıq növləri üzrə hazırlıq məşqləri aparır. Gərgin keçən məşqlər mayın 26 – na kimi davam edəcək. Onu da qeyd edək ki, Bakıda keçırıləcək Dünya kuboku mayın 27-dən iyul ayının 7-nə kimi davam edəcək. Mötəbər yarışda dünyanın 70-dən çox ölkəsinin 700-ədək idmançısı mübarizə aparacaq. 

Zaqatala rayonunun ənənəvi və ən gəlirli kənd təsərrüfatı sahələrindən olan gülçülükdə artıq yığıma başlanılıb. May ayının ilk ongünlüyündən başlanan yığım hava şəraitindən asılı olaraq, iyun ayının ilk ongnlüyünədək davam edəcək. Ümumilikdə 145 hektar sahədən bu günəək 350 ton gül ləçəyi tədarük edilib. Müəsisədə 50 nəfərdən çox daimi işçidən əlavə,  hər il yığım və gül sahələrinə qullluq ərəfəsində 2000 nəfərə yaxın sakin mövsümi işlərə cəlb edilir. Ötən il sahələrdən 530 ton gül ləçəyi tədarük edilib. Bu il isə bu rəqəmin 600 tondan çox olacağı gözlənilir. Toplanan gül ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı müəsisəsində emal edilir. İstər yığım, istərsə də istehsal prosesi qabaqcıl metodologiya əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır.  Gül ləçəklərindən alınan bu məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Məhsula xarici bazarda tələbat yetərincədir. İstehsal onunan gül yağının demək olar ki, hamısı elə xarici bazarlarda satılır.

581 -dən səhifə 644

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S