Çərşənbə, 21 Sentyabr 2022 08:01

Şəkinin üzüm bağları ciddi problemlə üz-üzədir...

Üzümçülüklə məşğul olan fermerlər artıq bir neçə ildir ki, əkdikləri məhsulun barını yeyə bilmirlər. Həm quraqlıq, həm də alıcı problemi fermerlərin əlini işdən soyudub. Bu il yağıntıların normadan aşağı olması, havaların isti və küləkli keçməsi kənd təsərrüfatının bəzi sahələri kimi üzümçülüyə də öz mənfi təsirini göstərib. Şəki rayonunun ən çox üzüm istehsal edən eyni adlı kəndində sahələr susuzluqdan quruyub. Ərazidə quraqlıq təhlükəsinin aradan qaldırılması məqsədi ilə artezian quyuları qazılsa da bu problemin həllinə kömək etməyib. Fermerlərin sözlərinə görə, bu il məhsuldarlıq kəskin şəkildə aşağı düşüb. Digər bir problem də məhsulun sarışı ilə bağlıdır. Məhsul bar verəndən sonra qapı-qapı dolaşan fermerlər satmağa heçkimi tapmırlar. Yetişdirdikləri məhsul əllərində qalır, ən yaxşı halda isə aşağı qiymətə satılır. Nəticədə tonlarla üzüm sahələrdə məhv olur. Fermerləri indi düşündürən əsas məqam qazanc yox, sahəyə xərclədikləri vəsati necə çıxara biləcəkləridir. Xatırladaq ki, keçən il hektardan 140 sentner olmaqla 4 275 ton üzüm məhsulu əldə edilib. Bu il isə bu göstəricinin aşağı olması gözlənilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S