Super User

Super User

Cümə, 25 Fevral 2022 19:02

Xocalı faciəsi qurbanları anılıb...

Şamaxıda Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvü, Şamaxı Rayon İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət nümayəndələri, iştirak ediblər. Çıxış edənlər bildirib ki, XX əsrin ən dəhşətli soyqırımlarından olan Xocalı faciəsi yalnız Azərbaycan xalqına deyil bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlidir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması bu soyqırımın beynəlxalq aləmə yayılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib. Tədbir çərçivəsində təltif olunan bir neçə Vətən müharibəsi iştirakçısına medallar təqdim olunub.

20 fevral Vətən müharibəsi şəhidi Şahmar Soltanlının doğum günüdür. 1996-cı ildə Şəki şəhərində dünyaya göz açan qəhrəmanımızın cənnətdəki 26-cı doğum gününü ailəsi, yaxınları, şəhər sakinləri  məzarı başında qeyd edib. İştirakçılar şəhidin əziz xatirəsini anıb, ruhuna dualar oxuyub, qəbri  üstünə güllər düzüblər. Çıxış edənlər Şahmar haqqında xatirələrini bölüşüb, onun vətən sevgisindən, mərdliyindən, müharibədə göstərdiyi igidlikdən qürurla danışıblar. Şəhidin təhsil aldığı orta məktəbin şagirdlərinin ifasında vətənpərvər ruhda şeirlər səsləndirilib. Qeyd edək ki, Şahmar Soltanlı 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən savaşda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şamaxı rayonunda yerləşən Kələxana adlanan türbələr kompleksi dağılmaq təhlükəsi ilə üz-üzədir.  Türbələrin sayı bir vaxtlar 9 olsa da təəssüflər olsun ki, onlardan ikisi artıq dağılıb, biri isə yarı dağılmış vəziyyətdədir. Mütəxəssislər hesab edir ki, yaxın vaxtlarda bu türbələr ətrafında təmir, bərpa, konservasiya işləri görülməzsə ilin bütün fəsillərində turistlərin gəldiyi bu ərazi xarabalığa çevrilə bilər.
Şamaxının şəhər mərkəzindən cəmi 6 km aralıda olan Kələxana türbələri Azərbaycanda yeganə olmasa da, unikal türbələrdən hesab edilir. Konstruktiv baxımdan Kələxana türbələri Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan xüsusiyyətlərə malikdirlər. Türbələrdən yalnız biri üzərində kitabə qalıb. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilib. Türbələrdən yeddisinin tam olaraq,bəzilərinin isə müdafiə divarlarının qalıqları dövrümüzə qədər çatsa da zaman keçdikcə abidələr eroziyaya uğrayaraq yarasız hala düşüb. Yerli sakinlərin sözlərinə görə, kəndin tarixi, eləcə də türistlərin tez tez üz tutduqları bu abidər göz görə-görə məhv olur. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələ də müsbət addım atılmayıb. Abidə mühafizəçisi bildirib ki, Şamaxı rayon ərazisində bir neçə bərpa edilməsi nəzərdə tutulan memarlıq abidəsi var ki, onlardan biri də məhs Kələxana türbələridir. İlkin mərhələdə sözü gedən bu ərazilərdə işlərə start veriləcək. Qeyd edək ki, Şamaxı rayonunda dövlət tərəfindən qorunan 102 tarixi abidə var. Bunlardan 75- i invertar nömrəli, 27-si isə yeni aşkar edilən tarixi və mədəniyyət abidələridir.
Cümə, 25 Fevral 2022 06:41

Tur-İzim Şəkidə kadr arxası 2

Cümə, 25 Fevral 2022 05:47

"Tur-İzim" Şəkidə kadr arxası

579 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S