Super User

Super User

Bazar, 13 Mart 2022 16:49

Yeri dar, özü zəngin muzey...

Muzeylər Tariximizin aynasıdır. Nəinki bölgəmizdə, ümumilikdə Azərbaycanda ən zəngin muzeylərdən biri -Zaqatala Tarix-diyarşünaslıq muzeyində mühafizə edilən ekspanantlardan cəmi 10-da biri nümayiş olunur. Səbəb isə Muzeyin Ekspazisiya zalının darısqal olmasıdır.  

Keçmişimizi özündə qoruyub saxlayan bu məkanlara hər səfərimizdə sanki xəyalən neçə əsr öncələrə qayıdırıq.Ekspanant sayına və dəyərinə görə Respublikanın ən zəngin muzeylərindən biri olan Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi 1967-ci ildən fəaliyyət göstərir. Ancaq son bir neçə ildir ki, muzeyə gələnlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə qış fəslində muzeyin qapısını ümumiyyətlə döyən olmur. Bunun əsas səbəbi isə muzeyin ekspazisiya zalının darısqal və çox soyuq olmasıdır. şagird soyuqdan danışır.

Zaqatala Tarix Diyarşünaslıq muzeyi Bakı şəhərindən sonra qədim əlyzmalarının bərpa edildiyi yeganə muzeydir. Muzeydə 2013-cü ildən etibarən əlyazmaların bərpasına başlanılıb. Muzeyin sahib olduğu 12 mindən çox ekpanantın 5012-si əsas, qalanı isə köməkçi fondda qorunub saxlanır. 20 ilə yaxındır ki,bu ekspanantlardan yalnız 1065-i ekspazisiya zalında nümayiş etdirilir. Məsələdən aidiyyatı qurumlar da məlumatlıdır. Muzey əməkdaşları onlar üçün vəd edilən yeni binaya köçəcəkləri günü səbrsizliklə gözləyirlər. Bir sözlə, tariximizin,qədim yaşam tərzimizin,adət ənənələrimizin təbliği sahəsində muzeylərin rolu əvəzsizdir. Odur ki, bu cür binaların təmir bərpaya, tariximizdən xəbər verən eksponatlarınsa qorunmasına ciddi ehtiyac var. 

 

Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

İmtahan 17 şəhər və rayonda keçirilib. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən, 4 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.

Əməkdaşlarımız isə prosesi Şəkidə  izləyiblər. 8 binada keçirilən imtahanlarda 1800-dən çox şagird biliyini sınayıb. İmtahanlara 21 imtahan rəhbəri və 168 imtahan nəzarətçisi iştirak edib. Şəkidəki imtahanlar zamanı qayda pozuntuları aşkar edilməyib.

Kənd təsərrüfatı naziri İnam Kərimov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində Şəki, Qax və digər rayonlardan olan vətəndaşların müraciətini dinləyib. Nazir əvvəlcə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb. Ardınca keçirilən qəbulda 55 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciəti əsasən subsidiyaların ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz olunub. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam edirib. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Şamaxı rayon Qaravəlli kənd sakinlərini internet problemi narahat edir. Kənd ərazisində rabitə qovşağı olsa da 50-dən çox ailə uzun illərdi bu sistemdən istifadə edə bilmir. 

Qaravəlli kəndi ərazisində​ ​1 ədəd qovşaq olduğundan kəndin yarısı ev telefonundan və ​ vayfaydan istifadə edə bilir, geri qalanlar isə əlləri havada dalğa axtarışındadır. Bir neçə müddət öncə dərslərin onlayn keçirildiyi ərəfədə kəndin uşaqları, demək olar ki, tədris prosesində iştirak edə bilməyib. Sakinlərin sözlərinə görə dəfələrlə bu problemlərlə bağlı rəsmi qurumlara müraciət olunub. Ancaq problem həllini tapmayıb. Ancaq tək  Şamaxının Qaravəlli kəndi deyil bir çox ucqar kəndin ​ sakinləri də telefon xəttinin və internetin olmamasından əziyyət çəkirlər. Məsələ ilə bağlı ​Şamaxı Telekommunikasiya Qovşağından isə bildirdi ki, kənddə yaşayış səviyyəsinin artdığı üçün uzun illər öncə çəkilən rabitə qovşağında artıq yer yoxdur.  Ancaq hazırda Telekommunikasiya Qovşağının xidməti ərazisində infrastruktur yenidən qurulur. Yeni layihəyə əsasən, ilin sonuna kimi Şamaxının bütün ərazisi yüksək sürətli internetlə təmin olunacaq.

Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin,  nazirlıiyə tabeli qurumların rəsmiləri və barama istehsalı ilə məşğul olan  kümçülər iştirak edib. Kənd təsərrüfatı naziri İnam Kərimov  bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə fermerləri məlumatlandırıb. Nazir fermerlərə Barama subsidiyası və yaş baramanın fermerlərdən alış qiymətinin artırıldığı müjdəsini də verib.

Cümə axşamı, 10 Mart 2022 18:50

Qax polisi reyd keçirdi...

Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə reyd keçirib. Təhlükəsizlik kəmərindən, dönmə siqnallarından istifadə etməyən motosiklet və velosiped sürücüləri müəyyən edilib. Həmçinin, xüsusi səs siqnallarından istifadə edən sürücülərə də rast gəlinib və həmin nəqliyyat vasitəsi sahiblərinə bu kimi halların ətrafdakıların haqlı narazılığına​ səbəb olduğu izah edilib. Ümumilikdə reyd zamanı 20 -yə yaxın sürücüyə yol hərəkət qaydalarını pozduğuna görə protokol tədbiq olunub.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon administrasiyası, universiettin rektoru , Milli Məclisin deputatı, elm adamları, ziyalılar iştirak ediblər. İştirakçılar Mərkəzin foyesində ADPU-nun Şəki filialının 30 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Ardınca universitetin Şəki filialının fəaliyyətindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər gözəl təbiəti, tarix və mədəniyyəti abidələri ilə tanınan Şəkinin həm də, Azərbaycanın qədim sənət, elm və təhsil mərkəzlərindən biri olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, 30 il ərzində filialda 5 mindən çox ali təhsilli pedaqoji kadr hazırlanıb, 6 mindən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilib. Hazırda filialda 2 fakültədə 9 ixtisas üzrə 900-dən çox tələbə təhsil alır. Filialın 86 əməkdaşından 3 nəfəri elmlər doktoru, 15 nəfər isə fəlsəfə doktorudur. Universitet rəhbərliyinə xatirə hədiyyəsi və kollektivinin bir sıra üzvlərinə fəxri fərmanlar verilib. Yubiley tədbiri bədii proqramla başa çatıb.

Cümə axşamı, 10 Mart 2022 18:27

Dəymədərə sakinləri susuz yaşayır...

Su həyatdır, amma susuz yaşayanlar, daha doğrusu, yaşamalı olanlar da var. Məsələn, Oğuzun Dəymədərə kəndinin sakinləri illərdir su çiləsi çəkir. Sakinlər içdikləri su üçün kilometrlərlə məsafə qət etməli olur. Məsələ isə suyun olmamasında deyil, su var, amma kəndə suyu çəkən yoxdur. Təfərrüatlar sujetdə...  

Oğuzun Dəymədərə kəndində 800 nəfərə yaxın sakin və 250-yə yaxın təsərrüfat sahəsi susuzluqdan əziyyət çəkir. Əsasən əkinçilik və maldarlıqla məşğul olan kənd sakinləri artıq 18 ilə yaxındır ki, su üzünə həsrət qalıb. Əsası 1980-ci illərdə qoyulan kəndin su sistemi istismar müddətini başa vurduğu üçün tamamilə yararsız hala düşüb. Zamanında kəndi içməli su ilə təmin edən su hövzəsi artıq qurbağa gölünə çevrilib. Kənd sakinləri məsələ ilə bağlı dəfələrlə aiddiyatı qurumlara müraciət etsə də məsələnin həlli istiqamətində heç bir tədbir görülməyib. Kənd İcra nümayəndəsi Qərib Yunusov müraciətimizə cavab olaraq bildirdi ki, kəndin bir neçə hissəsində yeni arteziyan quyusu qazılıb. Lakin bu quyulardan ancaq bir məhəllə istifadə edə bilir. Digər ərazilərdə isə su xətlərinin köhnə olması və ya ümumiyyətlə olmaması səbəbindən sudan istifadə mümkünsüzdür. Problemin həlli istiqamətində aiddiyatı qurumlar qarşısında məsələ qaldırılıb.

571 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S