Super User
Günel Məhərrəmova ilə Qala kəndində gözəl bir ailənin qonağıyıq| Kim var, Kim yox?
Dostlarla İmişlidə balıq keyfi | Eldən Çölə 13-cü veriliş
Şamaxıda bir ailənin 5 üzvü dərəyə uçdu...
Lalə müğənni Xatunla Şamaxıda "Kim var, kim yox?" dedi
Ocaqda ləzzətli yarpaq dolması | Kəndimiz 84-cü veriliş
Elmi-praktik konfrans...
Səhnənin yeni Çarli Çaplini Fərhad Kılıç | Sənətdəsən
Ümumi cərrah Nigar Aslanova "Həkimcanlı"da 09.06.2022
Yüngül yemək: Pencər qovurması | Kəndimiz 83-cü veriliş
Məzunu olduğu kollecdə şəhidin anım günü keçirilib...
Vətən müharibəsində canını torpaqların azad edilməsi uğrunda fəda edərək şəhadətə yüksələn Şəkinin mübariz oğullarından biri olan şəhid Toğrul Nağıyevin ad günü münasibəti ilə anım tədbiri keçirilib. İlk öncə şəhidin məzarı başında əziz xatirəsi yad edilib. Ardından məzunu olduğu Şəki Dövlət Regional Kollecində davam edən anım tədbirində şəhidin ailə üzvləri, icra hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri, qazilər iştirak ediblər. İstirakçılar Vətən müharibəsini əks etdirən rəsm sərgisi ilə tanış olublar. Çıxış edənlər Azərbaycanın haqq savaşında vətənin səsinə səs verən Toğrul kimi igid oğulların qəhrəmanlığından danışıb, onun haqqında xatirələrini dilə gətiriblər. Xatırlanıb ki, vətən sevgisi ilə alışıb yanan, “Könüllülərin komandiri” adlandırılan Toğrul yaşasaydı 22-ci yaşını qeyd edəcəkdi. bildirilib ki, Toğrul Nağıyev 2018-ci ildə Şəki Dövlət Regional Kolecinin qarmon müəllimiyi ixtisasını bitirib, 2020-ci il oktyabrın 14-də Tərtər istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.