Zaqatalada məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə bıçaqlanma hadisəsi baş verib. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan 33 yaşlı Rəşadət Əzimov baş və kürək nahiyəsinin xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Rəşadət Əzimova küt alət və bıçaqla xəsarət yetirildiyi məlum olub. Hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsində aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, məcburi köçkünlərin məskunlaşdığı qəsəbəsində Rəşadət Əzimov və 18 yaşlı Həzrət İbişov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Həzrət İbişov Rəşadət Əzimova xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli sayılan Həzrət İbişov polis tərəfindən saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.