Ötən gün axşam saatlarından Şimal-Qərb bölgəsinə yagan aramsız yagışlar Qax rayonunun İlisu kəndində fəsadlar yaradıb. Kəndin daxilindən axan çayın suyu artıb. Sel suları çay məcrasına iri daş parcaları və dağ süxurları gətirərək su ötürücü qurğunu tamamilə bağlayıb və kənd ücün təhlükə yaradıb. Qax suvarma sistemləri idarəsinin texnikaları həmin ərazidə fəsadın aradan qaldırılması istiqamətində işlərə başlayıb. Yağan güclü yağış nəticəsində dağdan axıb gələn daş və çınqıllar İlisu kəndinə gedən yola tökülərək yolda gediş-gəlişi çətinləşdirib. Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC tərəfindən gecə saatlarından əraziyə texnikalar və canlı qüvvə cəlb olunaraq təmizlik işləri aparılıb və yollar tam təmizlənib.