Şamaxıda uşaq bağçalarının birində azyaşlıya qarşı şiddət görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdən də aydın olur ki,masa arxasında sakit duran körpələrdən biri zorakılığa məruz qalır. Bağça rəhbərliyin ilkin araşdırmaları zamanı məlum olub ki, azyaşılın saçını dartan bağçanın aşpazı Sevinc Balakişiyeva olub.Məhs bu səbəbdən bağça rəhbərliyi məsələ ilə bağlı ilkin tədbirlərini görüb. Bağçada bəzi valideynlər də belə bir halın birinci dəfə baş verdiyini bildirdilər. Şamaxı sakinləri də bağçada eləcə də məktəblərdə belə halların baş verməsini xoşagəlməz hal kimi dəyərləndiriblər. Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib. Xatırlaq ki,görüntülər bu gun sosial şəbəklərdə yayılsa da hadisə bu ayın ikisində baş verib. Ümid edək ki,müvafiq qurumların apardığı araşdırmaların sonunda körpənin saçını dartaraq ona şiddət göstərən aşbaz barəsində lazimi ölçü götürüləcək.