Super User
Şəhid ailələri və aztəminatlı soydaşlarımız təbrik edilib...
Qaxda bayram münasibətilə şəhid ailələri və aztəminatlı soydaşlarımız ziyarət olunub. Qax Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərini, aztəminatlı soydaşlarımızı, eləcə də rayon ərazisində yaşayan etnik qrupların nümayəndələrini ziyarət ediblər. Altmış ailəyə baş çəkən polis əməkdaşları onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin, ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib, azyaşlılara isə hədiyyələr təqdim olunub.
Narkotikin təsiri altında mağazadan oğurluq edənlər saxlanıldı...
Şəkidə narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edən şəxslər saxlanılıb. Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif məişət əşyaları, geyim və kompüterin oğurlanması barədə Polis Şöbəsinə müraciətlər daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri-əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb. Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xalq artisti Guüyanaq Məmmədova "Şəhər insanı çox dəyişir" | Xəyalə ilə 1-ci veriliş
Qiş mənzərəsi - Laza kəndi / Qəbələ | Eldən çölə 2-ci veriliş
Ana bala quzu maçası | Yeməli 13-cü veriliş
Azərbaycanın ən gözəl güşələrindən biri olan Zaqatala | Tur-İzim
Qar və çovğun hərəkəti iflic edib...
Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Şimal və Şimal-Qərb rayonlarında daha kəskin hal alıb. Bu istiqamətlərdə yola çıxan sürücülər çətin anlar yaşayıb.
Bir neçə gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Güclü qar nəticəsində bu gün İsmayıllı-Qəbələ yolu bağlanıb. Qar və çovğunda hərəkət edə bilməyən 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb. Yolda qarın qalınlığı 10-15 santimetrə çatıb. Bəzi nəqliyyat vasitələri sürüşərək yoldan çıxıb. Batıb qalan avtomobillər traktorlar vasitəsi ilə çıxarılıb. Eyni zamanda Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda da avtomobillərin hərəkəti çətinləşib. İsmayıllının Brovdal, Əhən, Mudri, Tağlabiyan, Həftəsab kəndlərinə 1 metr hündürlüyündə qar yağıb. Kəndlərlə əlaqə kəsilib. Hazırda bölgəyə güclü qarın yağması davam edir. Gecə saatlarından başlayaraq ölkənin əsas magistrallarında görünüş məsafəsinin məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qeyri -sabit hava şəraitinin isə martın 26-dək davam edəcəyi proqnozlaşdırılır.
Həkim-cərrah, endokrinoloq Xəqani Həsənov "Həkimcanlı"da 18.03.2022
Gicitkənli girs (2-ci hissə) | Kəndimiz 25-ci veriliş
Qar kəndlərlə əlaqəni kəsib...
Ölkənin şimal və şimal-qərb bölgəsində kəskin hava şəraiti davam edir. Qar bəzi istiqamətlərdə hərəkəti çətinləşdirib, kəndlərlə əlaqə kəsilib.
Şamaxıya yağan güclü qar nəticəsində kəndlərlə əlaqə kəsilib. Rayonun ucqar dağ kəndlərinə 70 santimetrədək qar yağıb. Şamaxı-Pirqulu yolunda, eləcə də Qızmeydan, Qaleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırlıqsız yola çıxan sürücülər öz minik avtomobilini yolun kənarında saxlamalı olub, bəziləri isə digər yük avtomobillərinin köməyi ilə hərəkət ediblər. Əraziyə Şamaxı rayon 19 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib. Lakin fasiləsiz yağan güclü qar və çovğun yenidən yolların bağlanmasına səbəb olur. Şimal rayonlarında isə ən çox yağıntı Xızının Altıağac qəsəbəsinə düşüb. Burda qarın hündürlüyü 32 santimetrə çatıb. Qubanın Qrız kəndində 16, Xaltana isə 27 santimetr qar yağıb. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyə enib. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraitinin martın 20-dək davam edəcəyi proqnozlaşdırılır. Gecə saatlarında şimal və şimal-qərb istiqamətlərində yolların buz bağlayacağı gözlənilir. Bu istiqamətdə hərəkət edəcək sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.