Super User

Super User

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi media və ictimaiyyət nümayəndələri ilə görülmüş işlərə dair hesabat xarakterli görüş keçirib. Qurumun fəaliyyətinin 4 illiyi münasibətilə təşkil olunan görüşdə  təqdimatla çıxış edən Mərkəzin direktoru  elektron hökumət ekosistemi, Mərkəzin strateji hədəfləri, son dövrdə həyata keçirilən layihələr, bu layihələr üzrə standartların tətbiqi və risk analizi, 2021-ci il üzrə layihələrin artım dinamikası və gələcəyə olan planlar haqda məlumat verib. Tədbirdə həmçinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin təşkili, Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı taktiki addımlar, dövlət informasiya sistemlərinə aid verilənlər bazasında mövcud olan məlumatların yenidən strukturlaşdırılması, “ASAN Bridge” Milli Məlubat Mübadiləsi Sistemi, kibertəhlükəsizlik alt qrupunun hesabatı ətrafında məruzələr edilib, geniş fikir mübadiləsi aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətini dinləyib. Vətəndqaşlar əsasən qadın sahibkarlara kömək, işsizlik, əlil və xəstə uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, təhsildən yayınma, uşaq hüquqlarının müdafiəsi və digr məsələlər barədə müraciət ediblər. Müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmağa ehtiyacı olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb və onların operativ həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Novruz bayramının son- yazın gəlişini, torpağın oyanışını simvozilizə edən ilaxır və ya Torpaq çərşənbəsi zamanı süfrə açmaq da milli adət-ənənələrimizdəndir. Axır çərşənbədə həmçinin Novruza hazırlıq görülür, şirniyyatlar bişirilir. Maraqlıdır, bayram şirniyyatlarının hazırlanması, bayram süfrəsinin bəzədilməsi üçün insanların nə qədər xərci çıxır, bazarlarda qiymətlər necədir? Əməkdaşlarımız bu suallara cavab tapmaq üçün Şəki bazarında məhsulların qiyməti ilə maraqlanıb. 

“Novruz bayramı ilə bağlı xalq arasında belə bir inanc var ki, ilaxır çərşənbəni necə keçirsən növbəti 7 ili elə keçirəcəksən. Bu səbəbdən də hər kəs bu günü süfrəsinin bolluq içində olmasını istəyir. Bəs, qiymətlər necədir? Bunu araşdırmaq üçün Şəki bazarına gəlmişik. Nar neçəyədir?” Bazarda qısa gəzintimiz zamanı satıcılar bildirdi ki, əksər məhsulların qiymətində artım var. Bu, özünü xüsusən də xaricdən və ya başqa regionlardan gətirilən məhsullarda göstərir. Havaların qeyri sabit, qarlı, şaxtalı keçməsi də qiymətlərə öz təsirini göstərib. Əgər bayram süfrənizdə təzə tərəvəzin olmasını istəyirsinizsə, pomidorun kiloqramını 3-4, xiyarınsa 4-5 manatdan əldə etmək mümkündür. Meyvələrə gəlincə isə qiymətlər fərqlidir...

Novruz şirniyyatlarının vazkeçilməzi olan qoz ləpəsinin qiyməti 10-20, fındıq ləpəsinin isə 8-14 manat arasındadır. Satıcılar qiymətlər yüksək olduğu üçün alıcı qıtlığı yaşandığını deyirlər. Bazarda dəyişməyən yeganə məhsul onsuz da baha olan şabalıdın qiymətidir. Bayram süfrəsinin əsas neməti olan plovu bişirmək istəyənlər üçün düyünün qiyməti 3 manatdan başlayır, aş-qara üçün lazım olan kişmiş və digər quru meyvələrin qiyməti isə əl yandırır.  Bayram süfrəsinin bəzəyi olan səməninin qiyməti isə ölçüsündən və bəzəyindən asılı olaraq 1-10 manat arasında dəyişir. Bir sözlə, nə qədər xərcləməyinizdən asılı olmayaraq əsas odur ki, süfrəniz bərəkətli olsun...  

Bayramınız mübarək!

Çərşənbə, 16 Mart 2022 11:17

İdmançılara seminar keçirilib…

Şəki Olimpiya İdman Kompleksində karate üzrə seminar təşkil edilib. Seminar Milli Karate Federasiyasının baş məşqçisi tərəfindən keçirilib. Seminarda həmçinin Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi, məşqçilər və gənc idmançılar iştirak edib. Gənc idmançılara texniki və taktiki biliklər öyrədilib və nümayiş etdirilib. Onların bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilib.

 

569 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S