Super User
15 dəqiqədə hazırlanan Tərəvəzli medalyon resepti | Yeməli 20-ci verilish
Xəngəl (Yarpaq xəngəli) resepti | Kəndimiz 32-ci veriliş
Satan narazı, alan narazı…
Həftədə bir gün, bazar günləri fəaliyyət göstərən Əliabad bazarında hər nə istəsən tapmaq mümkündür. Hər həftənin bazar günü rayon və bölgə sakinləri ilə yanaşı, ölkənin bir çox ərazilərindən yüzlərlə insan məhsul satmaq və ya almaq üçün bu bazara üz tutur. Ucuzluğu ilə də məşhur olan bazarda dana əti hələ də 10 manatdan alıcılara təklif olunur. Ancaq qəssablar yaxın gələcəkdə ətin qiymətində artım olacağını düşünür. Səbəb isə ot və yem bazarında qiymətlərin qalxmasıdır. Həftə bazarının heyvan satılan hissəsində isə alandan çox satan görünür. Bazarda diri çəkidə xırdabuynuzlu heyvanların kilosu 6, iribuynuzlu heyvanların kilosu isə 5 manatdan təklif edilir. Bununla belə, satıcılar alıcı bazarının aşağı olmasından gileylənir. Bazara gətirilən bütün heyvanların sağlamlığı müvafiq qurumlar tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılır. Hələlik bazarda heyvanların qiymətində də artım müşahidə edilmir. Satıcılar bunu fəsil dəyişkənliyi ilə əlaqələndirir. Belə ki, havaların qəfil soyuması yem ehtiyatının azalmasına gətirib çıxarıb. Nəticədə fermer heyvanı üçün yenidən yem ehtiyatı görməkdənsə satmağı münasib görür. Lakin havaların isinməsi və bir neçə ay sonra Qurban bayramı ilə əlaqədar tələbatın artması səbəbindən heyvan bazarında qiymətlərin də artacağı proqnozlaşdırılır.
Güclü küləyin fəsadları...
Güclü külək nəticəsində Oğuz rayon mərkəzində iri gövdəli ağac aşıb. Bu səbəbdən ərazini elektrik enerjisi ilə təmin edən naqillər qırılıb. Rayonun Xaçmaz kəndi ərazisində aşan iri gövdəli ağac isə elektrik naqilləri və qaz xəttini zədələyib. Gecə saatlarından 8 mindən çox əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilməsində fasilə yaranıb. Xaçmaz kəndindən Filfilli kəndinə gedən yol bağlanıb. Müvafiq qurumların nümayəndələri ərazidə elektrik enerjisi və təbii qazın bərpa edilməsi istiqamətində təmir işləri aparıb.
Külək Şamaxı rayonunda da fəsadsız ötüşməyib. Rayonda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bəzi istiqamətlərdə ağaclar aşıb, elektrik dirəkləri əyilərək təhlükəli vəziyyətə düşüb. Rayonun M.Ə.Rəsulzadə küçəsində aşan ağac elektrik naqillərini, telefon xətlərini, vətəndaşa məxsus qaz sayğacını sıradan çıxarıb.
İsmayıllıda şəhər sakininə məxsus tövlənin dam örtüyü qonşunun həyətinə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb. Güclü külək Topçu Kənd Orta məktəbinin dam örtüyünü də tamamilə uçub və məktəb yararsız vəziyyətə düşüb. İsmayıllı Rayon İcra Hakimiyyətində hadisə ilə bağlı komissiya yaradılıb, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Şəkidə güclü külək əsasən kəndlərdə fəsadlara səbəb olub. Qudula kəndində iri qoz ağacı aşaraq yardımçı tikilinin üzərinə aşıb. Çeşməli kəndində yardımçı tikilinin dam örtüyünü , Cəfərabad kəndində isə vətəndaşa məxsus yaşayış evinin üst örtüyünü külək aparıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda bölgədə küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə isə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti martın 30-u gündüzədək davam edəcək. Küləyin maksimal sürəti saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir 23-28 metr saniyəyədək güclənəcək.
Mədinə Məlik maraqlı açıqlamalar verdi | Kim var, Kim yox?
Qaxda yenidən inşa edilən mədəniyyət evi istifadəyə verilib...
Heydər Əliyev Fondunun Qax rayonunun Qaxingiloy kəndində inşa etdiyi mədəniyyət evi istifadəyə verilib. Qaxingiloy kənd Mədəniyyət evi 1965-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin binası uzun illər istismarda olduğundan son dövrlər yararsız vəziyyətə düşmüşdü. 2020-ci ilin martında bina tamamilə sökülərək yerində yeni bina inşa olunub. Mədəniyyət evi zəruri mebel və avadanlıqla təchiz edilib, həyətində abadlıq işləri aparılıb. Mədəniyyət evində geniş tamaşaçı zalı, səhnə, incəsənət növləri üzrə məşğələlərin təşkili üçün rəssam və heykəltaraşlıq, həmçinin ansambl, musiqi və ədəbiyyat dərnəkləri üçün otaqlar var. Binanın ikinci mərtəbəsində qonaq və qrim otaqları yerləşir. Mədəniyyət ocağında 1982-ci ildən “Şvitkatso” Gürcü Xalq Xoru və 1991-ci ildən “İmedi” rəqs kollektivi fəaliyyət göstərir. Tədbirin sonunda mədəniyyət evinin “İmedi” rəqs qrupu çıxış edib.