Super User

Super User

Zaqatala rayonunda Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası baş tutub. "Kənd Boğçası" fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış olub, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola biliblər.  Fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarınıtəqdim edərək potensial alıcı və istehlakçıları həmin məhsullara cəlb etmək, heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüziv və dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılmasıdır.  Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.

Bazar ertəsi, 22 Avqust 2022 16:33

Milli Qurama Festvalı çərçivəsində tədbir…

Azərbaycanda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyini təşkilatçılığı ilə Milli Qurama Festivalına start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan "Qurama" sənətinə yeni həyatın verilməsidir. Festival çərçivəsində 19 avqust 2022-ci il tarixində Azərbaycanımızın qədim sənətkarlıq şəhərlərindən olan Şamaxıda rayon icra hakimiyyətinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə qədim sənət növü olan quramanın yaşadılmasında və gələcək nəsillərə ötürülməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğulanıb. Çıxışlarda “Qurama” sənətinin tarixi, onun milli adət-ənənələrimizdəki rolundan geniş söhbət açılıb, festval çərçivəsində görülmüş işlərdən danışılıb. Sonra tədbir iştirakçıları “Qurama” sənətinə həsr olunmuş sərgiyə baxış keçirib, tədbir çərçivəsində təşkil olunmuş usta dərslərində iştirak ediblər.

Bazar ertəsi, 22 Avqust 2022 15:43

Şəkidə meşə ərazisində yanğın başladı…

Şəkinin Kiş kəndi yaxınlığında meşə ərazisindəki yanğın hadisəsi baş verib.  Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. “Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir”. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.  

Kənd Təsərrüfatı naziri İnam Kərimov avqustun 19-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən, Zaqatala və digər rayonlardan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbuldan öncə nazir Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 43 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən subsidiyaların ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Aparıcı Ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest"in "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri" nə həsr olunan həftəsinə start verilib. Düşərgə Gənclər Fondu, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və “İDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub. 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər təşkil olunacaq. Həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatlar təşkil olunması nəzərdə tutulub. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, gənclərin karyera və şəxsi inkişafına töhfə veriləcəkdir. Qeyd edək ki, Hədəf gələcəkdir! şüarı altında 19 iyul – 9 sentyabr tarixlərində təşkil olunan “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu üzrə düşərgələr keçirilməkdədir.

565 -dən səhifə 672

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S