Super User

Super User

Bazar ertəsi, 03 Oktyabr 2022 10:31

Yanmış meşə sahələri necə bərpa olunacaq?

Təəssüf doğursa da, yay fəsli həm də ölkə ərazisində bir sıra meşə yanğınları ilə yadda qaldı. Günlərlə davam edən bu yanğınların söndürülməsində aidiyyati qurumlarla yanaşı, yerli sakinlər də səylərini əsirgəmədilər. İndi həmin sakinlər və ümumiyyətlə hamı üçün maraqlı olan bir məqam var. Yanğın nəticəsində bərbad hala düşən ağ ciyərlərimiz bərpa olunacaqmı ? Bu istiqamətdə hansı tədbirlər görüləcək? Meşə yanğınları zamanı həmin ərazinin bitki və heyvanat aləminə ciddi ziyan dəyir. Mütəxəssislər deyir ki, məhv olan meşələrin əvvəlki halına dönməsi üçün 50 il vaxt lazım olur. Yanğınların hansı böyük ekoloji fəsadlara gətirib çıxardığını nəzərə alsaq, hər bir vətəndaş bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yanğınların söndürülməsi işində yaxından iştirak edən vətəndaşları indi bir məsələ düşündürür. Yanğından zərər çəkmiş meşə sahələrini yaşıllaşdırmaq üçün hansı tədbirlər görüləcək ?! Hazırda Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz və Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondunda bərpaya ehtiyac olan ərazilər müəyyənləşdirilir. Yanğına məruz qalmış ərazilərdə payız ağac əkini mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi proqram hazırlanır, əsas istiqamətlər müəyyənləşdirilir. Proqramda bölgələr üzrə yanğına məruz qalmış sahələr təsnifatlandırılaraq bərpa işlərinin ümumi istiqaməti müəyyənləşdiriləcək və görüləcək işlər öz əksini tapacaq. Meşələrin bərpasında yerli meşə şəraitinə uyğun Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, palıd və s. meşəcinsli toxumlardan və tinglərdən istifadə olunacaq. Təbiət özünübərpa xüsusiyyətinə malik olduğundan bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində təbii bərpa prosesi başlayıb. Nazirlik rəsmisinin sözlərinə görə, bərpa tədbirləri aparmaq mümkün olmayan meşələr təbii halda bərpa olunacaq. Həmin ərazilərdə mühafizə tədbirləri də həyata keçiriləcək.
Tarixi və abidələriylə turistləri özünə cəlb edən Şəkidə hələ də bir çox abidənin yenidən bərpa və ya restavrasiya olunmasına ciddi ehtiyac var. Bunlardan biri də tarixi tikili olan Dərə hamamıdır. Bir zamanlar insanların paklanmasını təmin edən hamamın bu gün özünün ağ günə çıxmasına ehtiyac var. Şəkinin Gəncəli məhəlləsində yerləşən XIX əsrdə sahibkar Məmmədnəbi tərəfindən tikilən “Dərə hamamı” baxımsızlıq ucbatından yararsız haldadır. Ümumi sahəsi 89 kvadratmetr hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam artıq 40 ildir ki, qapılarını sakinlərin üzünə bağlayıb. Hazırda pəncərələri sındırılan, qapısı qıfıllanan Dərə hamamının içində sakinlərin dediyinə görə ilanlar, gəmiricilər, eləcə də sahibsiz itlər məskən salıb. Həmçinin hamamın uçan tavan və divarları məhəllə sakinləri üçün də təhlükə yaradır. Məsələ ilə bağlı Yuxarı Baş Milli Tarix Memarlıq qoruğundan bildirildi ki, hamam təmir-bərpa ediləcək abidələrin siyahısına salınıb. Bərpadan sonra tarixi abidənin yenidən fəaliyyətə başlayacağı da istisna edilmir. Belə görünür ki, hamamın yenidən restavrasiya edilib köhnə günlərinə qayıtmasına az qalıb. Biz də ümid edək ki, deyilən sözlər və layihə kağız üzərində qalmaz .
Şənbə, 01 Oktyabr 2022 11:25

"Dastana dönən qəhrəmanlar"

Bu gün axşam saatlarında Şəkinin Salman Mumtaz küçəsində yol qəzası olub. Balakəndən Bakıya gedən Mercedes markalı sərnişin mikroavtobusu ilə Uaz markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində UAZ-ın sürücüsü Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şəki şəhəri Gəncəli məhəllə sakinləri 2017-ci ildən, marşrut problemi yaşadıqlarını idda edirlər. Sakinlərin sözlərinə görə bu yaşayış massivindən keçən yeganə 3 nömrəli marşrut düz 5 ildir ki, ləğv edilib. Ərazidə 531 yaşayış evi var. Hər gün evindən çıxıb hər hansı bir iş üçün getmək istəyən sakinlər, azı 800 metrə yaxın məsafəni ya piyada gedirlər ya da taksi sifariş edirlər ki, bu da əlavə xərcə səbəb olur. Sakinlərin sözlərinə görə artıq həmin marşrutlar Qala divarlarının aşağı hissəsində və Yuxarı Karvansaray dayanacağında dayanır. Bu da dağ ətəyində yaşayan məhəllə sakinlərinin işini müşkülə salır. Xüsusən də yaşlı insanlar daha çox əziyyət çəkir. Çünki qət ettikləri yol enişli- yoxuşlu çətin relyefdə yerləşən dağ yoludur. Məsələ ilə bağlı Şəki DANX-a müraciət etdik. Qurumun mətbuat xidmətindən məsələyə münasibət bildirilib. Qeyd edilib ki, Gəncəli məhəlləsinə 4-5 il öncəyə qədər heç bir avtobus işləməyib. Belə görünür, yalnız yollar təmir olunduqdan sonra həmin əraziyə marşrut xətti təyin edilə bilər. Bu müddət ərzində isə Gəncəli məhəlləsinin sakinləri enişli-yoxuşlu yolları piyada getməli olacaqlar.
Cümə, 30 Sentyabr 2022 06:40

Avtomobil piyadanı vuraraq öldürdü...

Qəbələnin Zarağan kəndində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Cahandar Ağababayevin idarə etdiyi "Ford" markalı avtomobil yolu keçmək istəyən Mirzəsöyün Cəlilovu vurub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mirzəsöyün Cəlilov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Cümə axşamı, 29 Sentyabr 2022 13:09

Endokrinoloq Nadirə Ağazadə "Həkimcanlı"da 29.09.2022

473 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S