Super User
Bölgələrə yüksəksürətli internet xətti çəkilir...
Bölgələrdə, xüsusilə də Şəkidə internetin keyfiyyətinin çox aşağı olması ilə bağlı ötən həftə sujet təqdim etmişdik. Artıq bu problemlər geridə qalacaq. Belə ki, “Aztelekom” tərəfindən Şimal-Qərb bölgəsinin 5 rayonuna Balakən, Zaqatala, Qax, Şəki və Oğuza GPON texnologiyası ilə yüksəksürətli internet çəkilir. İşlər şəhərlərlə yanaşı, kəndlərdə də paralel olaraq aparılır. Şəkinin Kiçik Dəhnə kəndi də GPON texnologiyası əsasında yüksəksürətli internetlə təmin edilir. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb. 450 kənd sakininin mənzilinə yeni telefon və internet xətti çəkilib. Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 A- 54 manat arasında dəyişir.
Bu tarixi kəndə heç zaman su çəkilməyib...
Nailə Məmmədova 70 ildir ki, Göylərdə yaşayır , kəndin ən yaşlı sakinlərindən biridir. Nənə deyir ki, kiçik yaşlarından indiyədək kənddə su olmadığından hamı kimi o da bulaqlardan su daşımğa öyrəşib. Bulaq da yaşadığı evdən nə az, nə çox 1 km aralıda yerləşir.Məsafənin uzun olmasına baxmayaraq o, çiynində güyüm,əlində su qabı gündə ən azı 3,4 dəfə bulaqdan su gətirir. Nailə nənə deyir ki, gündə ən çoxu 20 litr su daşıya bilir. Özümüz içməyə su tapmırıq deyə, mal-qara da susuzluqdan qırılıb batır. Daşıdıqları su içməyə, yeməyə, paltar yumağa ancaq çatır. Göylər elə adı kimi yüksək zirvələrdə, dağlar qoynunda olmasına baxmayaraq, uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. Deyirlər, ümid ən sonda ölür, amma onlar mövcud vəziyyətə o qədər qatlaşıblar ki, ümidləri belə qalmayıb. Problem həll olunması bir yana, getdikcə dərinləşir, bulaqlar çoxdan qurumağa başlayıb. Bəlkə də artıq həyəcan təbili çalmağın vaxtıdır. Kənd bələdiyyəsinin sədri problemin kökündən həlli üçün külli miqdarda vəsait lazım olduğunu bildirib.
Dağətəyi ərazidə kişi skeleti tapılıb...
İnformasiya savaşında diaspor təşkilatlarının rolu | Zamanında 30.01.2023
Minarə Bayramovanın əllərindən xüsusi ressept | Nahara az qala 30.01.2023
Ülviyyə Namazlı, Burhan & Gülanə "İndi Başla"da 30.01.2023
Bizim vaxtımızda - Faytonçu Nazim ilə 29.01.2023
Xəzərin sahilində - Müğənni Rövşən Əziz və psixoloq Ülviyyə Murtuzova 29.01.2023
Qərbi azərbaycanlılar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər
rmənilər Qərbi azərbaycanlılara qarşı sürgün planı həyata keçirməyə başlayan gündən soydaşlarımızı öz tarixi ata- baba torpaqlarında qovmaq üçün əllərindən gələni ediblər. Nəticədə Qərbi Azərbaycandan zaman-zaman zorla çıxarılan həmyerlilərimiz ölkəmizin müxtəlif rayonlarında məskunlaşmalı olublar.
Prezident İlham Əliyevin Qərbi Aərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi indi onların ümidlərini artırıb. Qaxda yaşayan Qərbi azərbaycanlılar da böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər.
Öz doğma yurdlarından deportasiya olunanlar arasında hazırda Qaxın Turaaclı kəndində məskunlaşan qərbi azərbaycanlılar da var. Onlar heç bir dövrdə ermənilərin olmayan, azərbaycanlıların zorla çıxarıldıqları doğma yurdlarına qayıdacaqları günün həsrətilə yaşayırlar.
Köç həyatları da əzablı-əziyyətli olub qərbi azərbaycanlıların. Köçüb gəldikləri yerin iqliminə öyrəşə bilməyiblər. Bu səbəbdən geri qayıdanlar da olub. Ancaq yenə ögey münasibətlə rastlaşıb, doğma yurd-yuvalarını tək edib köçkün həyatı yaşamağa məcbur olublar.
İndi qərbi azərbaycanlıların gözündə ümid çırağı yanır, öz doğma yurd-yuvalarına qayıdacaqlarına inanırlar. Görünən odur ki, həmin günlər uzaqda deyil. Qərbi Azərbaycan torpaqları da tezliklə əsl sahiblərinə qovuşacaq.
12 yaşlı məktəbli dron hazırlayacaq...
Qəbələnin Yemişanlı kəndində yaşayan Özcan Alcanovu göstərəcəyik indi. Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbin 6-cı sinif şagirdi istifadəyə yararsız elektrik cihazlarının hissələrini çıxararaq elektron oyuncaqlar hazırlayır. 12 yaşlı məktəbli yalnız oyuncaqlara maraq göstərmir. O bir neçə elektron avadanlıq da hazırlayıb.Gələcəkdə mühəndis olmağı arzulayan məktəbli boş vaxtının çoxunu yaratdığı qurğulara sərf edir. Müsahibimiz deyir ki, növbəti dəfə üçün dron düzəltməyi planlaşdırır. Özcan Alcanovun fizikaya böyük marağı var. Məktəblinin bu marağını görən valideynləri ona dəstək olur, övladlarının gələcəkdə yaxşı bir fizik və mütəxəssis olacağına inanırlar. Özcan hələlik olimpiadalarda iştirak etməyi, beynəlxalq yarışlara qatılmağı planlaşdırır. Gələcək üçün isə əsas hədəfi nüfuzlu universitetlərdə təhsil almaq, Vətəninə layiqli gənc kimi yetişib, uğurlar qazanmaqdır.